Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycan bazarı üçün yığılmış maşınlarda geri çağrılma müşahidə olunmayıb"
"Azərbaycan bazarı üçün yığılmış maşınlarda geri çağrılma müşahidə olunmayıb"

Yaponiyanın “Honda Motor” avtomobil istehsalçısı yanacaq nasosunda nasazlıq səbəbindən 1 milyon 138 mindən çox avtomobilini geri çağırır. Qeyd edək ki, geri çağırılma prosesi 2017-ci ilin iyunundan 2020-ci ilin sentyabrınadək istehsal edilən “N-Box”, “Fit” və “Step Wagon” da daxil olmaqla, 25 modeldən olan avtomobilləri əhatə edəcək. Bildirilir ki, bu avtomobillərə quraşdırılan yanacaq nasosunun hissələri deformasiyaya uğraya bilər. Bu isə, yanacağın mühərrikə ötürülməsinin dayanmasına və hərəkət zamanı mühərrikin sönməsinə səbəb olur. Xatırladaq ki, həmin nasosların istehsalçısı “Denso” kampaniyasıdır. Məlumata görə, “Honda” kampaniyasına müvafiq nasazlıqla bağlı 400-dən çox məlumat daxil olsa da, heç bir qəza qeydə alınmayıb.

Avtomobillərin geri çağrılması Azərbaycan avtomobil bazarına təsir edə bilərmi?

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, avtomobil geri çağırılmaları həmişə olub, olur və olacaq. Təbii ki, bu proses təyinata uyğun olur. Məsələn; ya Avropa bazarı, ya Amerika bazarı və yaxud Asiya bazarında müşahidə edilir.

Avtomobil Dilerləri Assosiasiyasının idarə heyətinin üzvü, mütəxəsssis Eyyub Əliyev Eyyub Əliyev

“Bizim bazarda hələ də tendensiya nümayiş olunmayıb ki, sırf Azərbaycan üçün istehsal olunmuş avtomobillər geri çağırılsın. Belə bir hal baş verməyib. Çünki Azərbaycan bazarı kiçik bazardır. Azərbaycan bazarı üçün illik maksimum bir markada 2000-2500 sayda avtomobil istehsal edilir ki, bu zaman da heç bir defekt olmur. Amma Amerika bazarı üçün, ümumiyyətlə Avropa bazarı və yaxud Asiya bazarı üçün xüsusi olaraq, oranın yanacağına və yollarına uyğun tənzimlənmiş avtomobillər olur. Bu avtomobillər xüsusi olaraq yığılır. Onların sayı 200-300 min olur. Qüsurlar müəyyən edildikdə onlar geri çağrıla bilər”-deyən ekspert bildirib ki, Azərbaycan bazarı üçün yığılan avtomobillərin sayı az olduğu üçün bu hal hələ baş verməyib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »