Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Maskın "havasız boru ilə hərəkət" arzusu uğursuz olub
Maskın "havasız boru ilə hərəkət" arzusu uğursuz olub

"SPACEX" kosmos şirkətinin qurucusu Elon Musk "Təyyarənin boruda sürət səyahəti" təşəbbüsü olan "Hyperloop" üzərindəki işi dayandırmaq qərarına gəldi.

Bizimyol.info xəbər verir ki, Amerikanın "Bloomberg" xəbər saytının məlumatına görə, 2014-cü ildə başlayan və indiyə qədər 450 milyon dollarlıq sərmayə almağı bacaran layihə bütün işçilərin işdən çıxarılması ilə ilin sonuna qədər dayandırılacaq.

Verilən məlumatda bildirilib ki, şirkət artıq işçilərinin əksəriyyətini ixtisar edib, ABŞ-ın Los-Anceles şəhərindəki ofisini bağlayıb və avadanlıqları satmağa çalışır.

Maskın havasız borularda saatda 1125 km-ə qədər sürətlə nəqliyyat təmin etməyi hədəfləyən layihəsi reallaşsaydı, təyyarə ilə bir saat yarım davam edən Los-Anceles-San Fransisko səyahəti 30 dəqiqəyə enəcəkdi.

Layihədə sərnişin və ya yük daşıyan aerodinamik alüminium kapsulların yerin altına və ya dirəklər üzərində yüksələn havasız borularda hərəkət etməsi nəzərdə tutulurdu. Bu çərçivədə ABŞ-ın Nevada ştatında sınaq yolu tikilib. Ancaq ilk insan sınağı 2020-ci ildə həyata keçirilən layihədə kapsul saatda yalnız 160 km sürətə çata bildi və Maskın xəyalı "utopik və maliyyə baxımından çətin" olduğu üçün tənqid edildi. Bundan sonra şirkət layihənin dayandırılmasını elan edib.

Qadir, Bizimyol.info 

Son xəbərlər
Bütün xəbərlər »