Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazirin zarafatı İngiltərəni ayağa qaldırdı
Nazirin zarafatı İngiltərəni ayağa qaldırdı

Britaniyanın daxili işlər naziri Ceyms Kleverly həyat yoldaşı ilə bağlı etdiyi zarafat ölkə gündəminə bomba kimi düşüb. Nazir həm vətəndaşlardan, həm də siyasətçilərdən sərt reaksiyalar alıb. Qadın hüquqları müdafiəçiləri Kleverly-ni istefaya çağırıblar.

Bizimyol.info xəbər verir ki, ilk dəfə “Sunday Mirror” qəzetinin dərc etdiyi xəbərə görə, İngiltərənin daxili işlər naziri Ceyms Kleverly "Downing Street"dəki Baş nazirin iqamətgahında təşkil edilən ziyafətdə hər axşam həyat yoldaşının içkisinə “Rohypnol” dərmanı qatdığını söyləyib.

Təcavüzkarların qadınları yıxmaq üçün istifadə etdiyi yuxu dərmanı kimi tanınan dərmanın nazirin zarafat vasitəsi kimi istifadə etməsi ölkəni çalxalayıb.

Baş nazirin iqamətgahında edilən qəbullarda edilən çıxışlar ümumiyyətlə "qeyddən kənar" sayılır və bu barədə məlumat verilmir. “Sunday Mirror”un isə bu xəbəri nazir Kleverlynin mövqeyi və sözlərinin məzmunu səbəbindən dərc etmək qərarına bildirilir.

Qəzetdə yer alan xəbərə görə, hadisə dekabrın 18-də baş nazir Rişi Sunak və nazirlərin qatıldığı ziyafətdə baş verib. Nazir Kleverly buradakı çıxışında: "Uzun nikahın sirri azacıq narkoman olan biri ilə birlikdə olmaqdır ki, o, sizdən daha yaxşı adam olduğunu heç vaxt anlamasın", - deyə zarafat edib.

Leyboristlər Partiyasının yüksək vəzifəli şəxsləri nazirin sözlərini “dəhşətli” adlandırması ilə yanaşı qadın hüquqları müdafiəçiləri də ayağa qalxıblar.

"Fawcett" cəmiyyəti tərəfindən verilən açıqlama: "Qadınların təhlükəsizliyinə cavabdeh olan bir nazirin qadınları narkotikə vermək kimi dəhşətli bir şeyin gülməli olduğunu düşünməsi iyrəncdir. "Təəccüblü deyil ki, qadınlar özlərini təhlükəsiz hiss etmirlər, nazir dərhal istefaya getməlidir", - deyə bildirib.

Daxili İşlər Nazirliyinin sözçüsü məsələ ilə bağlı açıqlamasında bildirib ki, Kleverly şəxsi söhbətində ironik zarafat edib və buna görə üzr istəyib. "BBC"yə danışan mənbə nazirin ikitərəfli söhbətdə zarafat etdiyini, nə dediyini dəqiq xatırlamadığını, lakin yenə də sözlərinin yersiz olduğunu anladığını və üzr istədiyini deyib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »