Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kişi olmaq erkən ölmək deməkdir - Süni intellekt analizində "gözlənilməz" nəticələr...
Kişi olmaq erkən ölmək deməkdir - Süni intellekt analizində "gözlənilməz" nəticələr...

İnsanın yaratdığı süni intellekt artıq onun nə vaxt öləcəyini də proqnozlaşdırır. Böyük məlumat mənbələrinə istifadə edərək, “life2vec” təəccüblü proqnozlar və nəticələr söyləyib.

Bizimyol.info xəbər verir ki, Danimarka Texniki Universitetinin mütəxəssisləri ABŞ-lı həmkarlarının dəstəyi ilə çox böyük “məlumat mənbəyi”ndən istifadə edərək “life2vec” adlı süni intellekt kompüter proqramı hazırlayıblar. Peşədən sağlamlığa qədər insanlar haqqında onlarla məlumat süni intellektli söhbət robotu "ChatGPT" kimi işləyən "life2vec"ə yüklənib.

Bunlar 2008-ci ildən 2016-cı ilə qədər çəkən məlumatları əhatə edir. Bu məlumatlardan istifadə edərək "Life2vec" insanların nə qədər pul qazandıqları və nə vaxt öləcəkləri ilə bağlı proqnozlar verir. Süni intellektin proqnozlarının 78 faiz doğru olduğu müəyyən edilib.

Bu təyinat əhali məlumatları əsasında əldə edilib. "Life2vec" 2020-ci ilə qədər bu insanların dörddə üçündən çoxunun ölümünü düzgün proqnozlaşdırıb. Maraqlısı odur ki, proqram ən çox erkən ölüm riski qrupunda kişi olmağı əsas götürüb.

Erkən ölüm faktorlarına kişi olmaqdan əlavə, psixi sağlamlıq problemi də daxildir. Yüksək gəlirə sahib olmaq və lider rolunda olmağı daha uzun ömür sürən amillərdən sayıldığını bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »