Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qəhvənin təsiri düşünüldüyündən fərqli olduğu ortaya çıxıb
Qəhvənin təsiri düşünüldüyündən fərqli olduğu ortaya çıxıb

Gündəlik həyatımızda “Qəhvə içmədən oyana bilmirəm” və ya “fikrimi təmizləmək üçün kofe içim” deyən bir çox insanla qarşılaşırıq.

Bizimyol.info xəbər verir ki, Türkiyə mətbuatında dəc edilən məlumata görə, alimlərin fikrincə, bu vəziyyət reallığı əks etdirmir. Ən azından onların malik olduğu məlumatlar bu istiqamətdə təəssürat yaradır.

Daimi qəhvə içmək kömək etmir.

ABŞ-dakı Butler Hospital Neyromodulyasiya Tədqiqat Fakültəsinin tədqiqatçıları 20 iştirakçı vasiəsi ilə araşdırma aparıblar. Bu araşdırmada müxtəlif səviyyələrdə qəhvə istehlak edən insanların beyin fəaliyyətləri araşdırılıb. Nəticələr təəccüblü olub.

Alimlər uzunmüddətli potensiasiya (LTP) adlanan beyin mexanizmlərini təhlil ediblər. LTP tək mexanizm deyil, daha çox mexanizmlər qrupudur. Müxtəlif LTP növləri vasitəsilə, yaddaş, xroniki ağrı və maddə asılılığı kimi beyində sinir dövrələrinin uzunmüddətli formalaşdırılması ilə bağlı dəyişikliklərin əksəriyyətində rol oynayırlar.

Müəyyən işləri təkrar-təkrar etdikcə sinir hüceyrələrimiz güclənir. Bu strukturlar gücləndikcə beynimiz öyrənməyə hazırlaşır. Təkrarladığımız işləri daha yaxşı və daha yaxşı edirik. Bu gücləndirmə qabiliyyətinə plastiklik deyilir.

Araşdırmalara görə, kofein istehlakı bir müddət sonra beynin öyrənmə qabiliyyətini azaldır. Bu baxışın səbəbi adenozin adlı maddədir. Kofein bizi yuxulu etmək üçün adenozini basdırır. Adenozin yığıldıqca beynin plastikliyini azaldır. Daha az plastiklik daha az öyrənmə qabiliyyəti deməkdir. Qəhvə istehlakı artan insanların beyin plastisiyasında azalma ola bilər.

Bununla belə, bu araşdırma çox qəti hesab edilməməlidir. Çünki araşdırmanın iki məqamı diqqəti cəlb edir.

Bunlardan birincisi tədqiqatda cəmi 20 nəfərin iştirak etməsidir. İkinci məqam isə heç bir tibbi-texnoloji vasitə tətbiq etmədən insanların öz ifadələri vasitəsilə qəhvə istehlakının təsirini müəyyən etməkdir. Bununla belə, bu tədqiqat gələcək tədqiqatlar üçün bir xəbərçi olacaqdır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »