Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Araşdırmaçılara görə, internet psixi sağlamlığa pis təsir etmir
Araşdırmaçılara görə, internet psixi sağlamlığa pis təsir etmir

“İnternet və sosial media insanları depressiyaya aparır”, - deyə narahatlıqları əks etdirən sözləri tez-tez eşidirik. Alimlər bu iddialara belə cavab veriblər: “Araşdırdıq, belə olsaydı, üzə çıxardı”.

Bizmyol.info xəbər verir ki, araşdırmaların nəticələri "Clinical Psychological Science" jurnalında dərc olunub.

Smartfonların geniş yayılması ilə internetdə daha çox vaxt keçirməyə başladıq. Bu prosesdən narazı qalan bir çox insan internetin insanlara zərərli olduğunu, insanları daha bədbəxt və ruhi xəstəliklərə daha çox meylli etdiyini söyləməyə başladı. Bu iddialar təbii ki, alimlərin diqqətini cəlb edib.

168 ölkədən 15-89 yaş arası iki milyon insanın məlumatlarını araşdıran tədqiqatçılar maraqlı nəticələrlə rastlaşıblar. Bəli, insanların onlayn vaxt keçirdikləri zaman mənfi təcrübələrinin sayı artıb, lakin müsbət təcrübələrin sayı da eyni istiqamətdə dəyişib. Nəticə göstərdi ki, internet əslində deyildiyi kimi o qədər də pis və qoxulu vasitə deyil.

Oksford İnternet İnstitutunun koordinasiya etdiyi bu nəhəng araşdırma ilə bağlı edilən şərhdə, pis və ya aşağı psixi sağlamlıq ilə internet istifadəsi arasında bir əlaqə varsa, bu əlaqənin belə böyük bir araşdırmada ortaya çıxarılmasının mümkün ola biləcəyi ifadə edilib. Tədqiqatda heç bir yaş və cins qrupunda mənfi təsir müşahidə edilməsə də, internetin geniş yayılması ilə qadınların daha xoşbəxt olduğu da qeyd edilib.

Araşdırmada sosial media xüsusi olaraq araşdırılmayıb. Tədqiqat ev və mobil internet istifadəsinə yönəldilsə də, fərqli platformaların təsiri xüsusi olaraq araşdırılmayıb. Bütün internetin ümumiyyətlə pis olduğuna dair iddialar sınaqdan keçirilib. Alimlər 2000-2019-cu illəri əhatə edən müxtəlif ölkələrdən internetdən istifadə nisbətlərini narahatlıq, depressiya və özünə zərər vermə meylləri ilə müqayisə ediblər. Nəticədə internetin insanlara, xüsusilə də qadınlara daha yaxşı təsir etdiyi nəlum olub.

Təbii ki, bu, hər kəsin internetdən öz əhvali-ruhiyyəsinə uyğun istifadə etməsinə bağlıdır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »