Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda gənclər telefon dələduzlarının tələsinə daha çox düşürlər
Azərbaycanda gənclər telefon dələduzlarının tələsinə daha çox düşürlər

Azərbaycandakı istifadəçilərin 30%-dən çoxu telefon dələduzluğu nəticəsində özlərinin və ya yaxınlarının ən azı bir dəfə pul itirdiyini bildirib. Bu nəticələr “Kaspersky”nin sorğusunda* yer alıb. Bununla yanaşı, respondentlərin 38%-i ötən illə müqayisədə telefon hücumlarının daha tez-tez baş verdiyini qeyd ediblər. Yaşlı vətəndaşların fırıldaqçıların hiylələrinə daha çox meylli olduğuna dair yayılmış inancın əksinə olaraq, son vaxtlar telefon fırıldaqları nəticəsində pul itirənlərin yaş ortalaması əsasən 25-34 olub. Təcavüzkarların qurbanlarının yalnız üçdə biri 35-44 və 45-54 yaşlı vətəndaşlardır.

Telefon dələduzluğu neca baş verir. Çox vaxt təcavüzkarlar bir bankdan və ya maliyyə qurumunun adından (hadisələrin təxminən 38%-i) zəng edirlər. Fırıldaqçılar həmçinin elan saytında özlərini mağaza işçisi və ya satıcı kimi göstərə bilərlər. Eyni zamanda, sorğu iştirakçılarının dörddə biri onlara adları ilə müraciət edildiyini qeyd ediblər (24%).

Pul yatırmaq təklifi (29%), uduşlar haqqında mesaj (23%) və ya şəxsi hesabda şübhəli maliyyə əməliyyatı barədə xəbərdarlıq, ardınca fırıldaqçılığın qarşısını almaq üçün təklif (20%) ümumi dələduzluq sxemləri sırasına daxildir.

Söhbət zamanı şəxsdən SMS vasitəsilə gələn şifrə və ya bank kartı məlumatları təqdim etmək (32%), kartdan karta pul köçürmək (27%), şəxsi və/və ya ödəniş məlumatlarını saxlamaq və ya vermək ( 20%), pulu, yəni uduş və ya ödənişi almaq üçün öncədən kiçik bir komissiya ödəmək tələb oluna bilər (16%).

İstifadəçilər necə qorunur. Fırıldaqçıların qurbanı olmamaq üçün istifadəçilər çox vaxt tanımadığı nömrələrdən gələn zənglərə cavab vermirlər (32%), çoxları isə ümumiyyətlə heç bir tədbir görmürlər (40%). Eyni zamanda, telefon fırıldaqçılığı ilə üzləşən respondentlərin əksəriyyəti hüquq-mühafizə orqanlarına (70%) və ya banka (75%) müraciət etməyiblər.

“Telefon fırıldaqçılığı istifadəçilər üçün mühüm təhlükə olaraq qalır. Eyni zamanda, istənilən yaş qrupundan olan insan təcavüzkarların qurbanına çevrilə bilərlər. Çox vaxt fırıldaqçılar sosial mühəndislik metodlarından istifadə edir və potensial qurbana adı ilə müraciət edirlər ki, bu da fırıldağın uğurlu olmaq şansını artırır. Hansı nömrələrdən zənglər gəlməyindən asılı olmayaraq, vətəndaşlara ayıq-sayıq olmağı və təcili edilməsi tələb olunanları etmək, yəni şəxsi və ya ödəniş məlumatlarını təqdim etmək, pul köçürmələri etmək və s. üçün tələsməməyi tövsiyə edirik. Əgər bankdan hesabınızda şübhəli maliyyə əməliyyatları barədə xəbərdarlıq edən zəng alsanız, dəstəyi asın və rəsmi internet saytında və ya bank kartında göstərilən nömrədən istifadə edərək banka özünüz zəng edin”, - deyə “Kaspersky”-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirir.

* Sorğu “ERA Marketing Center” araşdırma şirkəti tərəfindən 2022-ci ilin dekabrında aparılıb. 0-17 yaş arası uşaqları olan Bakı (200 sorğu anketi), Gəncə və Sumqayıt (bu şəhərlərin hər birində 50 anket) sakinləri ilə “face-to-face” üsulu vasitəsilə sorğu keçirilib. Ümumilikdə 300 respondent sorğuda iştirak edib.

Son xəbərlər
Bütün xəbərlər »