Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistan KTMT adı ilə Rusiyadan uzaqlaşmağa başladı. Çünki Paşinyan və onun komandasının əksər üzvləri Qərbyönlüdürlər. Paşinyan “SOROS” fondunun yetirməsidir. Bu şəxslər onun dəstəyi ilə hakimiyyətə gələn adamlardır. Onlar da Rusiyadan qopub Qərbə yönlənmək istəyirlər. Ancaq bu gün bu mümkündürmü? İndi reallığa diqqət edək. Ermənistan iqtisadiyatının 70 faizdən artığı Rusiyanın əlində cəmlənib. Onların böyük zavodları, fabrikləri və istehsal sahələrinin əksəriyyəti Rusiya oliqarxlarının əlindədir. Ermənistanın elektirik enerji sistemi, dəmir yolu, sərhəd qoşunu və Türkiyə ilə İranla olan sərhədin mühafizəsi Rusiyanın əlindədir. Eyni zamanda Ermənistanda Rusiyanın 102-ci hərbi bazası var. Bu səbəbdən də, tezliklə Ermənistanın Rusiyadan qoparılması və gələcəkdə NATO-ya transfer edilməsini istəyirlər. Hələ ki, bu yenilik mümkün deyil. Bu "ayrılıq" o zaman mümkün olar ki, Rusiya Ukraniya torpaqlarında apardığı müharibədə məğlub olar və ya Rusiya hansısa bir formada "dağılar". O zaman Rusiya məcbur olub, qoşunlarını buradan çıxarar və gedər. Ancaq bu da hazırda real görünmür".
Bu barədə Bizimyol.info xəbər portalına politoloq Elşad Həsənov danışıb. Politoloq qeyd edib ki, Rusiya müharibədə nə qədər zəifləsə də, çox qüvvətli qüdrətli ölkədir və böyük resursları var. Həm insan resursları, həm də təbii sərvətləri, eyni zamanda digər resursları həddindən artıq çoxdur. Qonşusunun torpağında apardığı müharibə başlayandan bəri, Rusiya dünyaya 550 milyard avro dəyərində yanacaq və qaz satıb. Bunun hesabına müharibəni davam etdirə bilir.
“Keçən ilin sonunda İrəvanda keçirilən KTMT-nin tədbirində Paşinyan yekun sənədi imzalamaqdan imtina etdi. Bu ilin yanvarında KTMT-nin hərbi qüvvələrinin Ermənistanda təlimlər keçirilməsi planlaşdırılmışdı. Paşinyan ona da icazə vermədi. Paşinyan və onun əsas komandası KTMT-nin tədbirlərində, iqtisadi forumlarda da iştirak etmirlər Həmin tədbirlərə 2-ci, 3-cü dərəcəli vəzifəsi olan adamlar göndərilir. Özü açıq şəkildə KTMT-dən çıxmaq istədiyini etiraf etmir. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirmişdi ki, Ermənistanın KTMT-yə olan bu münaisbəti Azərbaycanla müharibə aparılan zaman KTMT Ermənistana dəstək olmayıb. Bununla əlaqədar Rusiya prezidenti Putin elə müharibə gedişi dövründə bəyanatla çıxış etdi ki, “Müharibə Ermənistan ərazisinə keçərsə, o zaman biz KTMT-üzvü olaraq Ermənistana dəstək olarıq. Ancaq müharibə Azərbaycanın suveren ərazilərinin daxilində getdiyi üçün bizim ora getməyə hüququmuz yoxdur. Yəni beynəlxalq hüquq buna icazə vermir. Ona görə də bu vəziyyət getdikcə gərginləşir”.
Sonuncu dəfə Paşinyan Belarusiyanın prezidenti Lukaşenko ilə danışdığı zaman noyabrın 23-də keçiriləcək KTMT-nin növbəti iclasında iştirak etməyəcəyini bir daha bildirdi. Putinin sözcüsü Peskov da bu məsələdən təəssüfləndiyini bildirdi. Yəni bundan sonra Ermənistanda vəziyyət necə deyərlər “rusca” olacaq. Çünki Rusiya artıq görür ki, Paşinyan və onun komandası Ermənistanı KTMT-dən uzaqlaşdırır”-deyə Elşad Həsənov əlavə edib.
İradə Cəlil, Bizimyol.info