Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Final” çay markası şəhid xanımları üçün təşkil olunan layihəni dəstəklədi
“Final” çay markası şəhid xanımları üçün təşkil olunan layihəni dəstəklədi

8 noyabr - Zəfər günü münasibətilə “Park Bulvar” AVM-də şəhid xanımları üçün “Zəfərə Zərif” layihəsi təşkil edilib.

“Final” çay markasının dəstəyi ilə “Müasir Psixalogiya Mərkəzi” ilə əməkdaşlıq çərçivəsində baş tutan layihədə şəhid xanımlarına 1 ay ərzində müxtəlif sənət mərkəzlərində və atelyelərdə təlimlər keçirilib. Burada xanımlar toxuculuq, rəssamlıq və həmçinin müxtəlif sənət nümunələrinin hazırlanması öyrədilib.

Təlimlərin sonunnda “Park Bulvar” AVM-də xanımlar tərəfindən hazırlanan əl işlərindən ibarət sərgi keçirilib.

“Final” çay markası şəhid xanımları üçün təşkil olunan layihəni dəstəklədi

Tədbir çərçivəsində ziyarətçilər “Final” çayına qonaq olublar.

Sonda sərgidə əl işlərini nümayiş etdirən şəhid xanımlarına “Final” çay markasından hədiyyələr təqdim edilib.

Son xəbərlər
Bütün xəbərlər »