Həmas yaraqlıları, 7 oktyabr Simchat Tövrat günündə İsrailə edilən terror hücumu zamanı əvvəllər düşünüldüyündən daha geniş bir fəaliyyət planına uyğun hərəkət etdilər.
Bizimyol.info xəbər verir ki, ölkədə fəaliyyət göstərən Zman Emet "KAN" telekanalına müsahibəsində bildirib ki, hücum səhəri İsrailə daxil olan Həmas qüvvələri cənub yaşayış məntəqələrində dayanmaq niyyətində deyil.
Təhlükəsizlik qüvvələri terrorçulardan tapılan, ölkənin mərkəzində hər gün on minlərlə israillinin hərəkət etdiyi strateji əhəmiyyətli ərazinin geniş və dəqiq təsvirlərini ehtiva edən xəritələri ələ keçirib. Siyasi şərhçi deyyib ki, ələ keçirilən xəritələrdə qeyd edilən ərazilərə nəzarət etmək hazırki vəziyyəti dəyişə, böyük fərq yarada bilər.
Bu sxemlərlə və əldə edilən digər məlumatlara əsasən, terrorçular kompleksə gəlib oranı ələ keçirmək niyyətində olublar. Məsələyə münasibət bildirən mənbələr ələ keçirilən xəritə və sxemlərdə olan məlumatların təfərrüatına heyran qaldıqlarını, hətta heyrətləndiklərini bildiriblər.
HƏMAS kompleksin daxilində hansı binaların yerləşdiyi, kimin hansı otaqda oturduğu və taktiki zonaların necə təyin edildiyi barədə çoxlu müfəssəl məlumata malikdir.
Terrorçuların əlində ölkənin mərkəzindəki iki şəhərə və oradakı müəyyən mərkəzlərə aid xəritələrin də olduğu müəyyən edilib. "Plan indi anladığımızdan daha iddialı olub. Onların hədəfləri barədə məlumat əldə edilməsəydi vəziyyət başqa ola bilərdi. Biz başa düşürük ki, təkcə cəbhədə deyil, əks-cəbhədə də sayıqlığı itirmək olmaz", - deyə məsələ ilə tanış olan yüksək səviyyəli məmur bildirib.
Hazırda polis və Şin Bet faktla bağlı araşdırma aparır.
Qadir,Bizimyol.info
חשיפת "זמן אמת": חוליות חמאס שנכנסו לישראל בבוקר המתקפה תכננו פעולה רחבה הרבה יותר. הם לא התכוונו לעצור ביישובי הדרום. מפות ושרטוטים מפורטים שנמצאו אצל מחבלים מגלים כי הייתה להם כוונה להשתלט על מתקן אסטרטגי חשוב במרכז הארץ, וכן לחדור לשתי ערים נוספות במרכז@roni_singer pic.twitter.com/oEHJbaY4uy
— כאן חדשות (@kann_news) November 1, 2023