Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azersun Holding” növbəti dəfə beynəlxalq mükafat qazanıb
“Azersun Holding” növbəti dəfə beynəlxalq mükafat qazanıb

“Azersun Holding” Kaizen fəaliyyətləri ilə dünya səviyyəli istehsal texnikalarının tətbiqi sahəsində inkişafını nümayiş etdirmək, həmçinin əməkdaşlarımızın səmərələşdirici fəaliyyətlərindəki nailiyyətlərini sərgiləmək məqsədiylə 5 layihə ilə Türkiyədə təşkil edilmiş ənənəvi KalDer Kaizen müsabiqəsinə qatılıb.

KalDer–“Türkiye Kalite Derneği”: müasir keyfiyyət fəlsəfəsinin yaradılması, genişləndirilməsi və keyfiyyətli işin təşviqi, həmçinin sənaye və xidmət sektorlarına texniki yardım və koordinasiyanın təmin edilməsi məqsədiylə (Türkiyənin qabaqcıl sənaye təşkilatları tərəfindən) 1991-ci ildə yaradılmış Keyfiyyət Assosiasiyasıdır.

Müsabiqə üçün təqdim edilmiş layihələrin, assosiasiyaya üzv firmaların ekspertləri tərəfindən ilkin dəyərləndirilməsi və qiymətləndirilməsi həyata keçirilir. Nəzəri dəyərləndirmə və qiymətləndirmə mərhələsindən keçən layihələr, təşkilatın təftiş qrupu tərəfindən sahədə incələnməsi reallaşdırılır. Təqdim edilən layihələrin hər biri ilkin dəyərləndirmə və qiymətləndirmədən yüksək nəticə əldə etmiş və Avqust ayında assosasiyanın təftiş qrupu tərəfindən istehsalatda tətbiq edilmiş Kaizen fəaliyyətlərinin əyani nəticələri ilə yerində tanış olmaları üçün müəssisələrimizi ziyarət ediblər. Təftiş qrupunun fabrik ziyarətləri zamanı, onları maraqlandıran sualları lahiyələri icra edən əməkdaşlarımız tərəfindən yüksək səviyyədə cavablandırılıb. Suallara verilən cavablar eyni zamanda layihələrin finala haqq qazanmaları üçün həlledici olub.

Türkiyənin bir çox böyük sənaye şirkətlərinin yer aldığı layihələr içərisindən “Azersun Holding” finala vəsiqə qazanarq mühim nailiyyət əldə edib.

Ankara şəhərində (toplam 27 layihənin təqdimatı üçün) təşkil olunan final təbirində “Azersun Holding” əməkdaşları  müsabiqə izləyicilərinin qarşısında layəhilərini təqdim ediblər. Təqdimatların sonunda 2 layihə Kaizen Mükafatına layiq görülüb.

Qeyd edək ki, 30 ildən artıq ölkəmizdə fəaliyyət göstərən “Azersun Holding” tərəfindən istehsal olunan məhsullar dünyanın 40-dan artıq ölkəsinə ixrac olunur.

Son xəbərlər
Bütün xəbərlər »