Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qəzzada rabitə və internet yenidən tamamilə kəsilib
Qəzzada rabitə və internet yenidən tamamilə kəsilib

Fələstinin Telekommunikasiya Şirkəti "Paltel" səhər saatlarında Qəzza zolağında rabitə və internetin tamamilə kəsildiyini açıqlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə şirkətin "X" platformasındakı bəyanatında məlumat verilib.

“Əvvəllər də kəsildikdən sonra yenidən qoşulmuş beynəlxalq şəbəkənin yenidən ayrılması ilə əlaqədar, bu gün dünyanın ən qaynar nöqtəsi olan Qəzza zolağında bütün rabitə və internet xidmətlərinin tamamilə kəsildiyini bildirməkdən təəssüflənirik”, - deyə

"Paltel" qeyd edib.

Fələstinin Telekommunikasiya Şirkəti oktyabrın 27-də İsrailin hücumları nəticəsində Qəzzada kəsilən rabitə və internet xidmətinin mərhələli şəkildə bərpa olunduğunu, bu gün isə yenidən ötürücü xidmət xətlərinin tamamilə ayrıldığını açıqlayıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »