Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“SUN” markası növbəti maarifləndirmə layihəsi reallaşdırıb
“SUN” markası növbəti maarifləndirmə layihəsi reallaşdırıb

Azərbaycanın ilk gigiyenik kağız markası “SUN” ənənəvi olaraq bölgə əhalisini şəxsi gigiyena mövzusu ilə bağlı maarifləndirmə layihələrini davam etdirir.

Son illərdə dünyada və ölkəmizdə pandemiyanın törətdiyi fəsadlar gigiyenaya münasibəti də yenidən gündəmə gətirdi. Təəssüf ki, ölkəmizin bəzi bölgələrində gigiyena qaydalarına, hələ də, tam əməl olunmur. Bu yanaşma özünü xüsusən də tualet kağızından istifadədə göstərir. İnsanlar tualet kağızının suyun əvəzləyicisi olduğunu düşünürlər. Halbuki, tualet kağızının funksiyası yuyunduqdan sonra dərinin qurudulmasıdır.

Məsələnin vacibliyini nəzərə alaraq illərdir ölkəmizin ən sevilən markalarından olan “Sun” növbəti dəfə sosial layihə həyata keçirib. Həkimlər qapıdan qapıya gəzərək tualet kağızı istifadə edilmədikdə yayılan xəstəliklər və bunun fəsadları barədə bölgə əhalisini məlumatlandırıblar. Həkim komandası su ilə yuyunma gigiyenanın təməli olduğu, lakin yetərli olmadığını bildirib.

“SUN” markası növbəti maarifləndirmə layihəsi reallaşdırıb

Bu ilki layihə çərçivəsində Qəbələ, Şəki, Qax, Zaqatala, Balakən, Quba, Qusar, Siyəzən, Şabran rayonlarında, Sumqayıt və Bakı şəhərləri ətrafı kənd və qəsəbələrdə 13 min evə gedilib.  Su ilə yuyunduqdan sonra tualet kağızından istifadə edilməməsi bakterial, virus, göbələk mənşəli və digər infeksion xəstəliklərə yol aça biləcəyi mesajı verilib.

Bölgələrdə bəzən rastlanan hallardan biri də tualet kağızı əvəzinə parça dəsmal, qəzet və ya sərt boz rulonlardan istifadə olunmasıdır ki, bu isə E.Coli, Clostridium, Fusobacterium və digər kimi infeksion xəstəliklərinə yoluxmasına səbəb ola bilər.

Sakinləri məlumatlandırmaqla yanaşı hədiyyə olaraq “Sun” tualet kağızı və “Al market” şəbəkələrində istifadə edə biləcəkləri endirim kuponu təqdim edilib.

Sun – gələcək sağlam olsun!

Son xəbərlər
Bütün xəbərlər »