Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Vətən müharibəsi dönəmində Kanadanın ölkəmizə və Türkiyəyə qarşı qərəzli münasibətini görürdük"
"Vətən müharibəsi dönəmində Kanadanın ölkəmizə və Türkiyəyə qarşı qərəzli münasibətini görürdük"

Kanadanın xarici işlər naziri Melanie Joli cümə axşamı Ermənistana səfər edərək, ölkəsinin Ermənistandakı Avropa İttifaqının müşahidəçi missiyasına qoşulacağını açıqlayıb. Qeyd edilib ki, Kanada Aİ missiyasına qoşulmaq üçün iki müşahidəçi göndərəcək. Kanadanın bu proseslərə müdaxilə birmənalı qarşılanmır.

Politoloq İlyas Hüseynov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Vətən müharibəsi dönəmində də Kanadanın ölkəmizə və Türkiyəyə qarşı qərəzli münasibətini görürdük. Xüsusilə, “Bayraktar”ın hissələrinin - Kanadada istehsalı optik cihazların Kanada müəssisələrində istehsalına məhdudiyyət qoyulması da bunun bir tərkib hissəsi idi. Postmüharibə reallıqlarında da, Kanadanın bəzi məmurlarının açıqlamaları ölkəmizin milli maraqları ilə üst-üstə düşmürdü. Bunun da birneçə siyasi səbəbləri var idi.

İlyas Hüseynov İlyas Hüseynzadə

“Fransanın ölkəmizə qarşı mövqeyi, təkcə rəsmi Parisin həmlələri ilə müşahidə olunmur. Fransa çalışır ki, dünyada təsir dairəsində olan dövlətləri də Azərbaycana qarşı qaldırsın. Kanadanın Kvebek bölgəsi birbaşa olaraq, Fransanın təsiri altındadır. Burada fransızlar məskunlaşıblar. Və məhz bu bölgənin ölkənin iqtisadiyyatına, ölkənin siyasi imicinə, ölkənin siyasi baxışlarına və mövqeyinə təsiri də güclüdür. Bu təsir nəticəsində biz görürük ki, Kanadanın iki müşahidəçisi Avropa İttifaqının Ermənistanda olan missiyasının tərkibinə qoşulacaq”-deyən politoloq bildirib ki, bu barədə uzun müddət əvvəl anons edilmişdi. Hazırda bu proses icra olunmaqdadır.

Politoloq bildirib ki, Kanada Qərbi təmsil edir. Kanada həm də NATO ilə birlikdə siyasi sistemin və təhlükəsizlik arxitekturasının qurulmasında iştirak edir. İki nəfər olsa da, Ermənistana NATO üzvü olan dövlətin nümayəndələri gəlir.

İlyas Hüseynov vurğulayıb ki, bu məsələyə Ermənistanın hərbi müttəfiqi olan Rusiya susmamalı, Rusiya da buna bir cavab verməlidir. Çünki NATO-ya üzv olan dövlətlərin iştirak payı getdikcə genişlənir. Bu isə, gələcəkdə geosiyasi ziddiyətlərə gətirib çıxara bilər. Eyni zamanda Fransanın Cənubi Qafqazda pozucu niyyətlərinin yeni mərhələsini də müşahidə etməkdəyik.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »