Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkmənistan prezidenti ilk rəsmi səfərini Türkiyəyə edəcək
Türkmənistan prezidenti ilk rəsmi səfərini Türkiyəyə edəcək

Türkmənistan prezidenti Berdiməhəmmədov ilk rəsmi səfərini oktyabrın 25-26-da Türkiyəyə edəcək.

Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, səfər zamanı Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək, ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, eləcə də cari proseslər ətrafında fikir mübadiləsi aparacaq.

27 oktyabr 1991-ci ildə müstəqilliyini elan edən Türkmənistanı ilk tanıyan ölkə 16 dekabr 1991-ci ildə Türkiyə olub. Türkmənistan və Türkiyə Respublikası arasında diplomatik əlaqələr 29 fevral 1992-ci ildə qurulub. İki ölkə arasında genişmiqyaslı əməkdaşlığın zəngin və müsbət təcrübəsi toplanıb.

Tarixi, dili, dini və mədəniyyəti ortaq olan iki qardaş ölkə və xalqlar arasında balanslaşdırılmış, qarşılıqlı hörmət, həminin əməkdaşlığa əsaslanan, “Bir millət, iki dövlət” prinsipi əsasında xüsusi münasibətlər mövcud olsa da, ölkələrin əməkdaşlığı xüsusilə xarici siyasətdə, ticarət, iqtisadiyyat, mədəniyyət və təhsil sahələrində davam edir.

İki qardaş ölkə 2007-ci il dekabrın 6-da təsis etdikləri Türkmənistan-Türkiyə Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyası ilə müxtəlif səviyyələrdə əməkdaşlığı növbəti səviyyəyə yüksəltmək əzmində olduqlarını bildiriblər. Türkiyə ilə Türkmənistan arasında ticarət əlaqələri sürətlə artaraq, 2021-ci ildə 2 milyard dolları keçən ticarət həcminin qısa müddətdə 5 milyard dollara, uzun müddətdə isə 10 milyard dollara çatdırılması hədəflənir.

Türkmənistan Rusiyadan sonra türk şirkətlərinin ən çox fəaliyyət göstərdiyi ikinci ölkə olaraq seçilir.

İlk Türkiyə-Azərbaycan-Türkmənistan Dövlət Başçıları Zirvəsi 2022-ci ildə Türkmənistanda keçirilib və sammit çərçivəsində enerji sahəsində əməkdaşlığın inkişafı və təbii qaz təchizatının xüsusi əhəmiyyəti vurğulanıb.

“Türkmənistan, Azərbaycan və Türkiyə enerji resurslarının dünya bazarına göndərilməsi üçün ahəngdar, çoxşaxəli sistem yaratmaq üzərində işləyirlər”, - deyə Türkmənistan prezidenti sammitdəki çıxışında bildirib. Berdiməhəmmədov açıqlamalarından istifadə edərək Türkmənistan təbii qazının Türkiyə üzərindən Avropaya satışına yaşıl işıq yandırıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »