Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Futbolçuların oyundan əvvəl içdiyi "yaşıl qızıl"ın sirri olan şəfalı bitki - "Yerba mate"nin faydaları
Futbolçuların oyundan əvvəl içdiyi "yaşıl qızıl"ın sirri olan şəfalı bitki - "Yerba mate"nin faydaları

Futbola marağınız olub-olmamasından asılı olmayaraq, hansısa futbolçunun şəklini görəndə, yəqin ki, heç olmasa bir dəfə onların əlində bu içkini görmüsünüz. Bəs bütün futbolçuların ümumi istifadə etdiyi və hətta matçın hesabını dəyişə biləcək bu içki nə ola bilər?

Bizimyol.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat verib.

Messi, Ronaldo, Suarez, İkardi, Neymar...Düşünə biləcəyiniz bir çox futbolçu matçlardan əvvəl əlində içki ilə kamerada görünə bilər. Bunun RedBull kimi bir içki olduğunu düşünmüsünüz, amma bu, belə deyil.

Məzmunumuzda bu içkinin nə olduğu ilə maqlananlar və ya başlığı oxuduqdan sonra maraqlanacaqlar üçün nə olduğunu, nə etdiyini və niyə xüsusilə futbolçuların əlində gördüyümüzü izah etdik.

İçki “yaşıl qızıldan” istehsal olunur.

Yerba mate, həmçinin Ilex paraguariensis kimi tanınan, "müqəddəs ailə" dediyimiz ailədən bir bitkidir. Xüsusilə Uruqvay, Cənubi Braziliya, Boliviya və Şimali Argentina bölgələrində kommersiya məqsədləri üçün yetişdirilir.

Yerlilərin “yaşıl qızılı” da adlandırılan bu bitkinin tərkibində maqnezium, manqan və kalium var. İstifadə məqsədi insandan insana dəyişə bilər. Becərildiyi bölgələrdə Türk çayı bizdə olduğu kimi onlar üçün də adi içki ola bilər.

Yerba mate xüsusiyyətləri:

  • Xolesterinin aşağı salınması
  • Ürək sağlamlığının yaxşılaşdırılması
  • Stress üçün yaxşıdır
  • Beyin fəaliyyətinin tənzimlənməsi
  • Enerji verən
  • Aqressiyanın azaldılması
  • Əzələ gərginliyini rahatlaşdıran

Futbolçular qarşılaşmadan əvvəl ehtiyaclarını bu içki ilə təmin etməyə çalışırlar.

Bitkinin bütün bu faydalarını nəzərə alaraq; Matçdan əvvəl və oyun zamanı stress keçirən, əzələlərini rahatlatmağa ehtiyacı olan, əsəblərini sakitləşdirməyə ehtiyacı olan və enerjiyə ehtiyacı olan futbolçuların "Yerba mate" içmələri heç də təəccüblü deyil.

Bəzi futbolçular yalnız matçdan əvvəl deyil; gündəlik həyatlarında və məşqdə bu gizli silahı istehlak edərək fitneslərini daha yaxşı səviyyəyə qaldırırlar.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »