Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsrail prezidenti ölkədə ağır vəziyyət yarandığını bildirib
İsrail prezidenti ölkədə ağır vəziyyət yarandığını bildirib

İsrail prezidenti İsaak Hersoq səhər saatlarında Qəzza zolağından başlayan kütləvi raket hücumları fonunda yəhudi dövlətinin çətin vəziyyətdə olduğunu bəyan edib.

Bizimyol.info xəbər verir ki, bu barədə İsrailin dövlət başçısı "X" sosial şəbəkəsində (keçmiş "Twitter") yazıb.

“İsrail dövləti çətin günlər yaşayır. Mən İDF-ni, onun komandirlərini, əsgərlərini və bütün təhlükəsizlik xidmətlərini dəstəkləyirəm və hücuma məruz qalan bütün israillilərə dəstək verməyə çatdırıram”, - deyə qeyd edib.

“Hər kəsi İsrail Müdafiə Qüvvələrinin Daxili Cəbhə Komandanlığının göstərişlərinə əməl etməyə və sakit olmağa çağırıram”, - deyə

Prezident əlavə edib.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti Qəzza zolağından İsrail ərazisinə raketlərin atıldığını təsdiqləyib. Bu gün səhər saat 06:28-dən başlayaraq Tel-Əviv ərazisi və ətrafı da daxil olmaqla ölkənin bir çox yerində həyəcan siqnalları davamlı olaraq səslənib. Baş verənlər fonunda İsrail ordusu “müharibə hazırlığı vəziyyəti” elan edib və ölkənin müdafiə naziri Yoav Qalant ehtiyatda olan hərbçilərin orduya cəlb olunmasını təsdiqləyib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »