Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
HƏMAS İsrailə müharibə elan edib
HƏMAS İsrailə müharibə elan edib

İsrailin kütləvi atəşə tutulmasından və fələstinlilərin İsrail ərazisinə daxil olması xəbərlərindən təxminən bir saat sonra HƏMAS-ın yaraqlı qanadının İzəddin əl-Qəssamın rəhbəri Məhəmməd Deif “bütün ərəb xalqına” müraciət edib.

Bizimyol.info İsrail mətbuatına istinadən xəbər verir ki, o, HƏMAS-ın Tufan Əl-Əqsa (Əl-Əqsa Fırtınası) əməliyyatına başladığını və artıq İsrailə 5000-dən çox raket atdığını açıqlayıb.

Deyfin sözlərinə görə, onun rəhbərlik etdiyi qrup Əl-Əqsanın azad edilməsi üçün genişmiqyaslı müharibəyə başlayıb, Əbu Əli Ekspress Telegram kanalı bu bəyanatı yayaraq, diqqəti qəsdən dini zəminə yönəltməyə çalışıb.

Deif Fələstin qrupuna rəğbət bəsləyən hər kəsi onu dəstəkləməyə və müharibədə iştirak etməyə çağırıb: "Biz düşmənə əvvəlcədən xəbərdarlıq etdik. Onlar Əl-Əqsanı murdarladılar və Murabitata (Məbəd dağında təxribatlar törədən islamçı fəallar) zərər verdilər. Bu gün Əl-Əqsanın qəzəbi partladı və bizim hərbi əməliyyatçılar düşmənə vaxtlarının keçdiyini başa salacaqlar. Bu gündən etibarən onlarla təhlükəsizlik koordinasiyamız tamamlanacaq", - deyə Deif qeyd edib.

“Bütün ərəb və islam qüvvələrinin düşməni bütün sığınacaqlarımızdan qovmaq üçün birləşmək vaxtı çatıb – siz Fələstinə doğru hərəkət etməli, sərhədlərin və ya hökumət orqanlarının Əl-Əqsanın azad edilməsində iştirakınıza mane olmasına imkan verməməlisiniz. Bu, işğala son qoymaq üçün böyük inqilab günüdür”, - o deyib.

Bunun fonunda İsrail Müdafiə Qüvvələri Qəzzada terrorçuların hədəflərinə zərbələr endirməyə başlayıb. Müdafiə naziri Yoav Qalant ehtiyatda olan hərbçilərə çağırış elan edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »