Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qarabağda təslim olmaqdan imtina edən bəzi kiçik terror qruplaşmaları var"
"Qarabağda təslim olmaqdan imtina edən bəzi kiçik terror qruplaşmaları var"

Sentyabrın 19-də Ermənistan tərəfinin törətdiyi təxribata qarşılıq olaraq Azərbaycan Ordusu lokal anti-terror tədbiri həyata keçirdi və sözün əsl mənasında, Qarabağda olan separatçı qüvvələr tərkisilah edilib, təslim oldular…

Artıq bir neçə gündür ki, Qarabağda qalıb Azərbaycan vətəndaşı olmaq istəməyən ermənilər bölgəni tərk edirlər. Ermənilərdən fərqli olaraq Azərbaycan höküməti ərazilərimizdən könüllü şəkildə getmək istəyən ermənilərin həyatı üçün heç bir təhdid yaratmadı, əksinə onların təhlükəsizliyinin keşiyində durur. Ermənilər rahat və sakit şəkildə, sözün əsl mənasında burunları belə qanamadan və könüllü olaraq, Azərbaycan tərəfindən heç bir zorakılığa məruz qalmadan, məcbur edilmədən ərazidən çıxırlar…

Bəs müharibə bitdimi?

Siyasi şərhçi Nazim Cəfərsoy Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanla Ermənistan arasında bugünkü geosiyasi şərtlərdə növbəti böyük müharibə ehtimalı azalıb.

Nazim Cəfərsoy Nazim Cəfərsoy

"Ən azından bugünkü Paşinyan hakimiyyəti başa düşür ki, bu müharibə ən çox Ermənistana zərər verər. Bu səbəbdən də böyük müharibə ehtimalı azalıb. Amma Ermənistan-Azərbaycan sərhəddində sərhədlərin delimitasiya və demarkasiya prosesindən, hətta sülh müqaviləsi imzalanandan sonra belə, lokal anti-terror tədbirləri, zaman-zaman kiçik miqyaslı atışmalar, müxtəlif formalarda gərginliklərin olması mümkündür. Çünki hazırda Qarabağda təslim olmaqdan imtina edən bəzi kiçik terror qruplaşmaları var. Onlara qarşı Azərbaycan tərəfinin hərbi əməliyyatları davam edəcək. Bu proses Qarabağda bir erməni terrorçusu qalmayana qədər davam edəcək"-deyə Nazim Cəfərsoy qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »