Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hər il valideynləri xərcə salmaq oyunu: Nazirlər Kabineti qərarı "3 il forma dəyişilməz qalır" deyirdi...
Hər il valideynləri xərcə salmaq oyunu: Nazirlər Kabineti qərarı "3 il forma dəyişilməz qalır" deyirdi...

Yeni tədris ili valideynlər üçün xərclə başladı. Yenə məktəbli formaları almaq lazımdır. Təxminən 100 manata qədər xərcdən söhbət gedir. Xüsusilə bölgələrdə, kəndlərdə yaşayanlar üçün böyük xərcdir.

Bizimyol.info xəbər verir ki, Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli 96 nömrəli qərarına əsasən, ölkənin ümumi təhsil müəssisələrində vahid məktəbli geyimi tətbiq edilir. Tekstil şirkətləri 4 nümunə geyim formaları hazırlayır və satışı təşkil olunur. Valideynlərin öz istəyinə uyğun məktəbli formasını sifarişlə tikdirmək hüququ olduğu da bildirilib.

Nazirlər Kabinetinin qərarında bir nüans xüsusi seçilir. Hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurasının seçdiyi geyim forması ən azı 3 tədris ili dəyişilməz qalmalıdır. Keçən ilin sentyabr ayında valideynlərə elə bu il müşahidə etdiyimiz gərginlik yaşadılmışdı. Hamı tələsik məktəbli formağa çalışmışdı. Bu il isə məlum olur ki, yenidən forma almaq lazımdır. Geyimlər ən azı 3 tədris ili dəyişilməz qalmalıydısa, niyə yenə valideynlər xərcə salınır? Hər il forma oyununa nə ehtiyac var? Qərar verilib, valideynlər də üzərinə düşəni edib. Onsuz da məktəbə uşaq göndərmək asan başa gəlmir. Təhsilin pulsuz olduğu deyilsə də, məktəbdə xərclər az olmur. Forma oyunu valideynlər üçün əlavə yükdür. Elm və Təhsil Nazirliyi deyir ki, vahid geyim forması şagirdlərə məsuliyyət hissi aşılayır, məktəbin özünəməxsus təhsil mühitinin formalaşmasında mühüm rol oynayır. Çox zəif arqumentdir. Qərb ölkələrinin əksərində vahid məktəbli forması yoxdur. Əvəzində ortaya keyfiyyətli təhsil qoyulur. Belə ucuz yollarla şagirdlərə məsuliyyət hissi aşılamırlar. Hər şeydən əvvəl uşaqlara gerçək biliklər ötürülməlidir, onları bütün tədris ili ərzində gərgin saxlamaq lazım deyil. Qoy hər şagird özünü ifadə etmək imkanları qazansın. Məktəblərdə forma qayğısındansa, müxtəlif bacarıqların öyrədilməsi əsas sayılmalıdır. Azərbaycan təhsilində çox şeyə yanaşma dəyişməlidir. Formaya da, tədris proqramına da, şagird-məktəb münasibətlərinə də. Formanın özünü dəyişmək indi çox məntiqsiz görünür.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »