Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BQXK-ya məxsus avtomobillər Laçından Xankəndinə gedib
BQXK-ya məxsus avtomobillər Laçından Xankəndinə gedib

Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus iki minik və humanitar yardım aparan bir yük avtomobili Laçın Dövlət Sərhədindəki buraxılış məntəqəsindən keçərək Xankəndi istiqamətinə hərəkət edib.

Bizimyol.info xəbər verir ki, keçid səhər saatlarında gerçəkləşib. İki minik avtomobili və bir humanitar yüklü TIR maşını prosedurlara uyğun olaraq yoxlanıldıqdan sonra Xankəndi istiqamətində yola davam edib.

Qeyd edək ki, Azərbaycan tərəfindən təklif edilən Laçın-Xankəndi və Ağdam-Xankəndi yollarından paralel istifadə olunması uzun müddətdir Azərbaycanla əlaqələndirilmiş şəkildə və müxtəlif səviyyələrdə geniş müzakirə olunub.

Əldə edilmiş razılıqlara və beynəlxalq tərəfdaşların çağırışlarına baxmayaraq, Ermənistan və onun tərəfindən Qarabağ bölgəsində yaradılmış qondarma rejim belə keçidin təşkilinə mane olmağa çalışıb.

Ötən gün BQXK Azərbaycan tərəfinə müraciət edərək, qarşı tərəfin sentyabrın 18-də Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından paralel olaraq yüklərin qəbuluna razı olduğu barədə məlumat verib. Beləliklə, Azərbaycan tərəfinin təklif etdiyi kimi, ölkəmizin qanunvericiliyinin tələblərinə riayət olunmaqla, Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından paralel istifadə təşkil olunub.

Son xəbərlər
Bütün xəbərlər »