Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Zeytun Bağları” markasından “Təbiətimizin Sovqatı” adlı Respublika rəsm müsabiqəsi
“Zeytun Bağları” markasından “Təbiətimizin Sovqatı” adlı Respublika rəsm müsabiqəsi

“Zeytun Bağları” Azərbaycan bazarına illərdir yüksək keyfiyyətli zeytun yağı məhsullarını təqdim etməklə yanaşı, həm də sosial yönümlü layihələrin təşkil olunmasına böyük əhəmiyyət verir. Marka əsas dəyərlərindən olan sağlam yaşam, yaşıl gələcək, ətraf mühitin qorunması mövzularında keçirtdiyi silsilə tədbirlərini davam etdirir.

Bu dəfə ki tədbir “Zeytun bağları” brendi və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq və gənc nəsildə ekoloji təfəkkürün inkişafı və ekoloji maarifləndirməyə xidmət məqsədi ilə elan olunmuş “Təbiətimizin sovqatı” adlı Respublika uşaq rəsm müsabiqəsi oldu.

“Zeytun Bağları” markasından “Təbiətimizin Sovqatı” adlı Respublika rəsm müsabiqəsi

Yeniyetmə və gənclər tərəfindən yüksək maraqla qarşılanan müsabiqəyə ölkəmizin müxtəlif güşələrindən yaşı 10-17 arası olan 700-ə yaxın yeniyetmə və gənc 800-dən bir qədər çox rəsm göndərmişdir.

Respublika Rəsm müsabiqəsinin yekunu olaraq Xətai Sənət Mərkəzində təşkil olunan sərgidə yeniyetmə və gənclər öz əsərləri yanaşı, yaşıl ekologiya mövzusunda həm də öz fikirlərini bölüşüblər. Rəsmləri sərgilənən müəlliflərə sertfikatlar və “Zeytun bağları” brendinin  məhsullarından hədiyyələr təqdim olunub.

“Zeytun Bağları” markasından “Təbiətimizin Sovqatı” adlı Respublika rəsm müsabiqəsi

Həmçinin sərgidən seçilmiş 30 ən yaxşı rəsmin müəllifi xüsusi hədiyyə ilə mükafatlandırılıb və həmin əsərlər “Zeytun Bağları” brendinin gələcəkdə keçirilən oxşar sosial layihələrdə istifadə olunacaq.

Son xəbərlər
Bütün xəbərlər »