Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Proqnozum düz çıxdı: Priqojin öldürüldü
Proqnozum düz çıxdı: Priqojin öldürüldü

Priqojin "üsyana qalxan" gün yazmışdım ki, bu, Putinin öz ssenarisidir və zamanı gələndə Priqojini aradan götürəcək.

Məqsəd guya Putinə "tabe olmayan" rus əsgərini Belarus - Polşa sərhədinə göndərmək idi. Qərbin silahları, hər cür dəstəyi Ukraynaya Polşadan gəlirdi. Hətta Ukrayna taxılını da Polşa vasitəsilə çıxara biləcəkdi (Qara dəniz marşrutuna alternativ olaraq). Priqojini Polşanı və Polşa üzərindən Qərbi şantaj eləmək üçün atmışdılar Belorusa. Onun "üsyanı" da Rusiya kəşfiyyatının əməliyyatı - düşünülmüş, qurulmuş kombinasiya idi. Mən ona görə də yazmışdım ki, Priqojin ya Belarusda, ya Rusiyanın öz ərazisində ölü tapılsa, təəccüblənməyin.

Tam mənim yazdığım kimi də oldu. Putin Priqojini istifadə elədi, istifadə müddəti bitən kimi onu fiziki məhv etdi.

Bahəddin Həzi, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »