Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Fransa Afrikada nüfuz itirdikcə, Putinin "şahmat taxtası"nda üstünlüyü bərpa etmək şansı var"
"Fransa Afrikada nüfuz itirdikcə, Putinin "şahmat taxtası"nda üstünlüyü bərpa etmək şansı var"

“Rusiyanın tezliklə Vaqnerlə Afrikada Fransa ilə qarşılaşacağını demişdik və bu, çox çəkmədi. Vaqner hazırda Belarusda təşkilatlanır və Polşa sərhədində nümayişlər keçirir. Buna Ukraynanın 63 gün davam edən əks-hücumdakı uğursuzluğunu da əlavə etsək, Putinin "şahmat taxtası"nda üstünlüyü bərpa etmək şansı var”.

Bu barədə Bizimyol.info xəbər portalına BAU ULMER müdürü, politoloq İhsan Alpargın danışıb. Politoloq qeyd edib ki, taxıl müqaviləsindən çıxması ilə o, çətin vəziyyətə düşmüş Afrika ölkələrində siyasi təsirini artırmaq üçün BMT mexanizmlərində Afrika blokundan daha çox ölkəni yanına çəkərək, siyasi tənhalığından çıxış yolu axtarışlarını sürətləndirdi. Yenə də ilk növbədə Fransa və ABŞ-ı hədəf alan, lakin sonradan bütünlüklə Fransaya yönələn Nigerin yeni administrasiyasının açıqlamalarını düzgün şəkildə dəyərləndirsək, ABŞ və Rusiyanın "arxa qapı diplomatiyası"nda danışıqlar apardığını düşünə bilərik. Çünki Nigeriyadakı enerji sahələri böyük ölçüdə Britaniya və Amerika şirkətlərinin nəzarətindədir.

BAU ULMER müdürü, politoloq İhsan Alpargın BAU ULMER müdürü, politoloq İhsan Alpargın

İhsan Alpargın hesab edir ki, xüsusilə ilk günlərdə baş verən sərt partlayışdan sonra hər an müdaxilə gözlənildiyi halda, ECOWAS daxilində bəzi fikir ayrılıqları və ən sərt reaksiyanı göstərən Nigeriyada qərarın alına bilməməsi, parlamentin prezidentə hərbi cəhətdən müdaxilə səlahiyyəti də bunun bir əlamətidir.

Politoloqun fikrincə, eyni zamanda Əlcəzair kimi bölgədə güclü bir ölkənin əvvəldən məsələyə ağırlığını qoyması bir qədər geriyə addım atdırdı. Fransanın əməliyyat gücü və fəaliyyət dairəsi Qərbi Afrikada illər ərzində azalıb. Onun siyasi və iqtisadi təsiri isə, hərbi gücündən daha tez azaldı.

Alpargın hesab edir ki, Sarkozi dövründən bəri girdiyi hərbi-siyasi döyüşlər və daxili qarışıqlıqlar, xüsusən də dünya siyasətində yeni qütb olmaq cəhdi ilə köhnəlmiş və nüfuzdan düşmüş Fransa, Tramp dövründəki İran embarqoları, həm də Suriya vətəndaş müharibəsində iştirakının və ən əsası, Liviya məsələsində ABŞ ilə qeyri-sabit münasibətlərinin bədəlini ödəyir.

“Fransanın uzun müddətdir hər mövzuda Türkiyə ilə qarşıdurmasının səbəbi, əslində Türkiyənin Qərbi Afrikadakı qazancları və bu qazancların Fransanın Afrika Qüvvələr Komandanlığının yerləşdiyi Seneqalın qonşusu Qvineya-Bisaudan Sudan və Somaliyə qədər uzanan sahədə çoxlamasıdır. Qvineya-Bisau xüsusilə geosiyasi baxımdan çox kritik bir sahədədir və həm Amerika qitəsinə, həm də Avropaya bərabər məsafədə okeana açıla bilən kiçik və yeni bir qapı kimi diqqəti cəlb edir”-deyə politoloq bildirib. Onun sözlərinə görə, ölkənin Fransanın deyil, Portuqaliyanın keçmiş müstəmləkəsi olması ətraf ölkələrlə müqayisədə Frankofoniya təsirinin daha az ehtimal olunan nəticəsini doğurdu. Belə ki, aparıcı xarizması ilə seçilən prezident Umaro Sissoco Embalo, ECOWAS-da çəkisi olan digər ölkələrlə birlikdə ağlabatan həll yoluna çalışan liderlərdən biridir. Embalonun Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanla dostluq və yaxın ikitərəfli əlaqələri, seçkidən sonra Türkiyənin həyata keçirdiyi infrastruktur və üst quruluş sərmayələrinin artması yeni bir ittifaq üçün fürsət yaratdı. Çox yönlü davranış sərgiləyən və özünəinamı artan ölkələr daha müstəqil və balanslı siyasət yürütmək şansı qazanmağa başladılar.

Politoloq İhsan Alpargın qeyd edib ki, hələ də bir böyük əngəlin mövcudluğu danılmazdır.

“ECOWAS ölkələri BAF (Qərbi Afrika frankı) istifadə edir və Fransanın mərkəzi bankı bunu bu ölkələrdən aldıqları (girov saxladıqları) qızılın qarşılığında çap edir. Əsl müstəqil dövlət olmanın əlaməti min illərdir ki, öz pulunu çap etmək, yəni öz iqtisadiyyatına nəzarət etmək bacarığıdır. Təəssüf ki, bu mövzuda təşəbbüs göstərməyə ehtiyacı olan ECOWAS, Avropa Birliyi kimi bir təşkilat olmaq istəsə də, Fransa rəhbərliyindən kənara çıxa bilmədi”-deyən politoloq ümid edir ki, Afrikadakı bu oyanış yeni bir təşəbbüsə səbəb olacaq və Afrika xalqlarının həqiqətən də öz müqəddəratını təyin etmək şansı olacaq.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »