Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sürprizlərlə dolu "Caspian Motor Show 2023" avtomobil sərgisi öz işini uğurla başa vurdu - Video
Sürprizlərlə dolu "Caspian Motor Show 2023" avtomobil sərgisi öz işini uğurla başa vurdu - Video

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası 28-30 iyul tarixlərində Sea Breeze Resort ərazisində "Caspian Motor Show 2023" avtomobil sərgi-şou proqramı keçirdi. Sərgidə məşhur brendlərin yeni modelləri ilə yanaşı, elektromobil və hibrid avtomobillər də nümayiş etdirildi.

Bizimyol.info xəbər verir ki, sərginin ilk günü iyulun 28-də bütün növ avtomobillərin sərbəst nümayişi təşkil edildi. İkinci gün iyulun 29-da isə, sərginin rəsmi açılış mərasimi keçirildi. Sərgiyə gələn qonaqlar yeni avtomobil modelləri ilə tanış oldu. Sərgi şousuna Dj Elax-ın musiqiləri özünəməxsus rəng qatdı. Daha sonra sərginin təşkilatçıları iştirakçılar arasında uduşlu müsabiqələr keçirdi. Müsabiqənin qalibi olan iştirakçılara hədiyyələr təqdim edildi.

Açılış mərasimində AADA-nın sədri Natiq Zərbəliyev çıxış edərək, avtomobil həvəskarlarının hər il həyəcanla gözlədiyi ənənəvi "Caspian Motor Show 2023" tədbiri haqqında məlumat verdi. Tədbirin qonaqlarına AADA-nın fəaliyyətindəki yeniliklərdən bəhs edən sədr, gələcək layihələrin tezliklə icra olunacağını bildirdi. Natiq Zərbəliyev çıxışının sonunda sərgi ziyarətçilərini yeni avtomobil modelləri ilə tanışlığa və stendlərdəki xidmətlərlə maraqlanmağa dəvət etdi.

Sərgidə yeni avtomobil modellərinin təqdimatı baş tutdu. Sərgi iştirakçılarının prezentasiyalarının ardından ikinci günün şou proqramı məşhur müğənni Ceyhun Səmədovun sevilən mahnılarının canlı ifası ilə yekunlaşdı.

Sərginin sonuncu günü iyulun 30-u isə, avtomobil nümayişləri davam etdi. Sərginin qonaqları yeni avtomobil modelləri ilə yaxından tanış oldu və brendin nümayəndələrindən ödəniş şərtləri haqda məlumat aldı. Tədbirin təşkilində dəstək göstərən tərəfdaşlara diplom təqdim edildi.

Şou proqramın son günü DJ Elax ilə musiqili vaxt keçirən qonaqlar, Niyaməddin Musayev və Dervish Band qrupunun sevilən mahnılarını dinləmək fürsəti əldə etdilər.

Bizimyol.info "Caspian Motor Show 2023" avtomobil sərgisindən görüntüləri sizinlə rəsmi Instagram səhifəmizdə bölüşürük.

Orxan, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »