Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pirşağı məzarlığında qorxulu görüntülər... - Ölülər hüzur tapmır, vətəndaş ilan tapır... - Video
Pirşağı məzarlığında qorxulu görüntülər... - Ölülər hüzur tapmır, vətəndaş ilan tapır... - Video

“Öləndən sonra badamgözlü” ifadəsini yəqin ki, hamınız eşitmisiniz. Bunu ən çox sağlığında dəyər görməyən, öldükdən sonra dəyərə minən, qara mərmərdən başdaşı qoyulan, hər həftə duası oxunan insanlar üçün deyirlər. Bəzi insanlar var ki, heç öləndən sonra da, “badamgözlü” olmur. Elə Pirşağı və Kürdəxanının ortasında yerləşən məzarlıqda dəfn edilənlər kimi...

Uzun illər bu məzarlıq gölün içində idi. Sözün əsl mənasında, məzarlar su içində idi. Bu azmış kimi vətəndaşlar bu göldən balıq tutaraq satışı ilə məşğul idilər. Yazdıq, yazdıq, yazdıq... Bu gün həmin göl qurudulub. Amma... Amması odur ki, məzarlıq yenə də baxımsız vəziyyətdədir. Hər tərəfində insan boyunu dəfələrlə keçən qamışlar bürüyüb. Bəzi yerlərdə qamışları kəsmək, kökünün də yandırmaq istəyiblər, görünür işə yarımayıb. Ya da qamışı kəsib təmizləmək ağır iş olduğu üçün deyiblər ki, “qoy qalıb da”...

Deyirlər məzarlığa girəndə insan hüzur tapır. Bu qəbirstanlığa girəndə düşünürsən ki, görəsən qamışlıqda təhlükə varmı. Bir sahibsiz it və yaxud ilan...

Hər şey bir kənara görünən odur ki, burada dəfn edilənləri qohum əqrabaları da unudub. Təbii ki, müəyyən müddət keçdikdən sonra unudur insan. Amma heç olmasa ayda, ildə bir dəfə yol ordan düşəndə məzarların kənarlarındakı otları təmizləmək olar.

Əslində qəbirstanlığı bürümüş qamışların təmizlənməsi üçün məzar sahiblərinin yaxınları danışmalıdır. Görünür, onlar da bu qamışlardan qorxduqları üçün heç də ölənlərini yada salmırlar. Hər bir halda məzarlığın ətrafı və daxili təmiz saxlanılmalıdır.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »