Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mərkəzi Banka iqtisadi müstəqillik verilir: Anlamlı qərar, yoxsa növbəti şou
Mərkəzi Banka iqtisadi müstəqillik verilir: Anlamlı qərar, yoxsa növbəti şou

Mərkəzi Banka iqtisadi müstəqillik verilir. Milli Məclisdə müzakirə edilən yeni qərar layihəsinə görə, Mərkəzi Bankın gəlirləri yalnız ona məxsusdur və dövlətin öhdəliyinə Mərkəzi Bank cavabdeh olmayacaq.

İqtisadçı Pünhan Musayev qərarı Bizimyol.info üçün şərh edib.

Pünhan Musayev Pünhan Musayev

“Qərarda söhbət iqtisadi müstəqillikdən gedir, ancaq orada daha çox texniki tərəflər qeydə alınıb. Yəni iqtisadi müstəqillik dedikdə Mərkəzi bankın aktivləri, öhdəlikləri dövlət qarşısında müəyyən tərəfləri və s. məsələlər, daha çox texniki mühasibatlıq tərəfləri əks edilib. Əslində Mərkəzi bankın müstəqilliyi onun müstəqil qərarvermə, müstəqil səlahiyyətləri deməkdir. Məsəl üçün Amerika Birləşmiş Ştatları Federal Ehtiyatlar sistemi. Mərkəzi Bank iqtisadiyatda hər hansısa bir qızma və ya soyuma gördükdə ona adekvat addımlar atır. Son il yarımda faiz dərəcələrini artıran FED inflyasiya ilə mübarizə çərçivəsində sonuncu iclasında pauza qərarı verdi və heç də bu ABŞ administrasiyasının təziqi ilə baş verən bir hadisə deyildi. Bunu Avropa Mərkəzinə bankına, İngiltərə Mərkəzi Bankına şamil edə bilərik. Bu mənada mərkəzi bankların müstəqillik məsələsi ön plana çıxır. Mərkəzi banklar müəyyən pul axınları pul qərarlarını mərkəzi hökümətdən müstəqil şəkildə vermək imkanına malik olurlar. Bu da təxminən 18-19-cu əsrlərdən başlayan bir ənənədir. Söhbət burda nəzəri mülahizədən gedir.

Klassik iqtisadçı David Rekardonun belə bir tezisi vardı. Mərkəzi banklar pul emissiya etməkdə, pul çap etməkdə, pul yaratmaqda mərkəzi hökumətdən asılı olmalı deyillər. Bu, yekun nəticədə müxtəlif dəyişiklikləri gətirə bilər. Əgər dövlət göstəriş verirsə, mərkəzi bank əlavə iqdisadiyyatı əlavə pulla təmin etsin, bu da siyasi və sosial motivdən irəli gələ bilər. Məsələn, dövlət-mərkəzi hakimiyyət burda müəyyən qədər seçki ərəfəsində xal qazanmaq, müəyyən bir üstünlük qazanmaq üçün bundan istifadə edə bilər. Bu baxımdan Ricardo qeyd edirdi ki, məhz siyasi və yaxud da digər maraqların qurbanı olmamaq üçün mərkəzi bankın pul çap etmə səlahiyyəti özünə məxsus olmalıdır”,- deyə Pünhan Musayev bildirib.

Mövzu üzrə hazırlanan videomüsahibəni Bizimyol.info xəbər portalının rəsmi YouTube kanalında izləyə bilərsiniz.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »