Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Reza Deghatinin təşəbbüsü və UNESCO-nun təşkilatçılığı ilə yaradılan “İpək Yolları Gənclərin Gözü ilə” adlı fotomüsabiqə
Reza Deghatinin təşəbbüsü və UNESCO-nun təşkilatçılığı ilə yaradılan “İpək Yolları Gənclərin Gözü ilə” adlı fotomüsabiqə

Reza Deghatinin təşəbbüsü və UNESCO-nun təşkilatçılığı ilə yaradılan “İpək Yolları Gənclərin Gözü ilə”(Youth Eyes on the Silk Roads) adlı fotomüsabiqə artıq 5-ci ildir ki, keçirilir. 5 iyun 2023-cü il tarixindən işlərin təqdim edilməsi üçün açıq elan olunan müsabiqə 31 iyulda başa çatacaq.

Müsabiqə qaliblərinə qiymətli hədiyyələr təqdim olunacaq və müsabiqə ruhunu ən yaxşı şəkildə əks etdirən fotoşəkillərin səyyar sərgisi müxtəlif ölkələrdə nümayiş etdiriləcək, fotoşəkillər peşəkar fotoalbomda nəşr olunacaq.

Beynəlxalq Foto Müsabiqə 14-17 və 18-25 iki yaş kateqoriyasında keçiriləcək. Maksimum 20 foto yükləmək tələb olunur. Hər bir fotoşəkil və ya fotoşəkillər seriyası üçün rəqəmsal formatda (JPEG və ya JPG) başlıq daxil edilməlidir. Fotoşəkillərin keyfiyyəti horizontal şəkillər üçün ən azı 1500 piksel genişlikdə, vertikal şəkillər üçün isə 1500 piksel hündürlükdə olmalıdır. Fotoların müsabiqənin mövzusunu əks etdirməlidir.

Mükafatlar:

  • 1-ci yer: 18-55 mm lens ilə təchiz olunmuş peşəkar rəqəmsal tək obyektivli refleks kamera
  • 2-ci yer: Yarı professional rəqəmsal kamera
  • 3-cü yer: Rəqəmsal kamera

Müraciət etmək üçün: İştirak səhifəsinə daxil olun.

Son xəbərlər
Bütün xəbərlər »