Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Borrell: Dnestryanı problemi Moldovanın Aİ üzvlüyünə mane olmayacaq
Borrell: Dnestryanı problemi Moldovanın Aİ üzvlüyünə mane olmayacaq

Tanınmamış Dnestryanı problemi Moldovanın 2022-ci ildə üzvlüyə namizəd olduğu Avropa İttifaqına getməsinə mane olmayacaq.

Bunu cümə axşamı Aİ diplomatiyasının rəhbəri Josep Borrel Kişinyovda Avropa Siyasi Birliyinin sammitinə gedərkən deyib.

“Moldovanın Avropa İttifaqına doğru hərəkəti Dnestryanıdakı hadisələrdən asılı deyil. Ərazi problemləri olan Kipr Avropa İttifaqına üzv oldu. Moldova üçün də bu vəziyyəytdə üzvlüyə qəbul edilmək keçərli sayıla bilər”, - deyə o qeyd edib.

Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Avropa İttifaqı tərəfindən 2022-ci ildə yaradılan Avropa Siyasi Birliyinin (AQS) ikinci sammiti cümə axşamı Moldovada keçirilir. Tədbir Kişinyovdan 35 km aralıda, Novoanenski rayonunun Bulboaca kəndindəki Mimi şərabçılıq kompleksində keçirilir.

Brüsseldəki avropalı diplomatın vurğuladığı kimi, AQS-nin ikinci sammitinin keçiriləcəyi yer Rusiya Ukrayna münaqişəsi fonunda Moldovaya dəstək və görüş iştirakçılarının birliyi siqnalı verir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »