Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"NATO başçılığında kollektiv Qərb Rusiyanı mühasirəyə almağa başladı" - Video
"NATO başçılığında kollektiv Qərb Rusiyanı mühasirəyə almağa başladı" - Video

Fevralın 24-də Rusiya Ukrayna müharibəsinin 1 ili tamam oldu. Rusiya bu müharibəyə başlayanda 2-3 günə qələbə qazanacağını düşünsə də, mümkün olmadı. Müharibə hələ də davam edir.

Krım Kalkınma Vəqfinin rəhbəri Ünvər Sel Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Sovet İttifaqı dağıldıqdan sonra kollektiv Qərb, NATO başda olmaqla Rusiyanı mühasirəyə almağa istiqamətlənmiş fəaliyyətlər həyata keçirməyə başladı. Yuqoslaviyanın parçalanması və Yuqoslaviya daxilindən çıxan ölkələrin bəzilərinin NATO-ya qatılması, Rumuniya, Bolqarıstan kimi qədim NATO müddətinə daxil olması, Çexoslovakiyanın dağıdılaraq, Çex və Slovakiyaya bölünüb NATO-ya daxil edilməsi, Ukrayna qurulduğu gündən etibarən yavaş-yavaş artan “Narıncı inqilab”lar, Gürcüstanda yaşanan çevriliş və s. Rusiya müəyyən bir zamandan sonra bunlara reaksiya göstərməyə başladı.

Krım Tatar Dərnəkləri Federasiyasının sədri, Krım Kalkınma Vəqfinin başqanı Ünver Sel Ünver Sel

“Rusiyanın Gürcüstanda “narıncı inqilablara” qarşı çıxması, Abxasiya və Osetiyanın Gürcüstandan ayrılması, Ukraynada “narıncı inqilab” səbəbilə ilə Krımın Ukraynadan ayrılması, Orta Asiyada, Qırğızıstanda çevrilişlərin aradan qaldırılması, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi proqramları, Rusiyanı daxildən dağıtmağa çalışma siyasəti Rusiyanın ciddi reaksiyasına səbəb oldu. Rusiya rus dilində danışan xaqların haqq və hüquqlarının qorunması istiqamətində işləri sürətləndirdi.

Ukrayna Konsitutsiyasına görə, Ukrayna unitar bir dövlət olaraq tərif edilsə də, Ukrayna unitar dövlət quruluşundan çox uzaq bi dövlət idi”,- deyə Ünver Sel qeyd edib. Onun sözlərinə görə, Ukrayna bu müddəti idarə edə bilmədi. Krım ayrıldı, Donetsk və Luqansk adlı iki dövlət ortaya çıxdı. Ukrayna bu dövlətləri öz tərkibində saxlaya bilmədi. Bu iki dövlət öz ordusunu yarada bildi.

Ünver Sel bildirib ki, vəziyyət zaman keçdikcə qarmaşıq bir hal alırdı. Qərb Ukraynaya silah verməyə, muzdlu əsgərlər göndərməyə və Ukrayna ordusuna təlimlər keçməyə başladı. Ukraynada yeni silahlı təşkilatlar yaranmağa başladı. Bu müddət uzun davam etmədi. Və Rusiya vəziyyətə müdaxilə etməyi seçdi.

Mövzu üzrə hazırlanan videomüsahibəni Bizimyol.info xəbər portalının rəsmi YouTube kanalında izləyə bilərsiniz.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »