Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Su yollarının dəyişməsi insanlıq üçün bir təhlükə deməkdir" - Video
"Su yollarının dəyişməsi insanlıq üçün bir təhlükə deməkdir" - Video

Dəniz suyunun səviyyəsinə bir çox amillər təsir edə bilər və bu amillərə uyğun olaraq resessiya və ya yüksəliş göstərir. Bura küləklər, mövsüm dəyişiklikləri və s. amillər təsir edə bilər. Mütəxəssislərin fikrincə, küləklər dənizlərin su səviyyələrinə təsir edə bilər və dənizlərin dalğalarını artıra bilər.

Mövsümi amillər dəniz suyunun səviyyəsinin azalmasına və ya yüksəlməsinə səbəb olur. Məsələn, qışda quraqlıq dəniz səviyyəsinin aşağı düşməsinə səbəb ola bilər. Eyni zamanda bir çox ölkələrdə dəniz suyunun səviyyəsinə nəzarət etmək üçün dizayn edilmiş və qurulmuş sistemlər var. Bu sistemlər dəniz suyunun səviyyəsini müəyyən səviyyədə saxlamağa kömək edə bilər. Bununla yanaşı atmosferdə karbon qazının miqdarının artması dəniz suyunun səviyyəsinin yüksəlməsinə səbəb ola bilər. Xəzər dənizində də biz suyun geri çəkilməsinin şahidi oluruq.

Kimya mühəndisi Ercan Çelik Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bugün dəniz suyunun azalmasına səbəb qütblərdən gələn su qaynağının olmamasıdır.

ekoloq, kimya mühəndisi Ercan Çelik Ercan Çelik

Çelikin sözlərinə görə, yağış yağmasının nizamı dəyişib, dənizi qidalandıran su qatlarının yeri dəyişib. Nəticədə su azalıb. Bu, xüsusilə göllərdə baş verir. Xəzərin daxilində neft quyuları və s. var.

Çelik hesab edir ki, araşdırılmalar aparılmalı və dənizdə suyun azalmasına səbəb olan bütün hər şey bağlanmalıdır.

“Su yollarının dəyişməsi insanlıq üçün bir təhlükə deməkdir. Burada ağlımızı istifadə etməliyik. Harada daha çox su var? Göllər, yataqlar, dərələr, ümumiyyətlə dənizi qidalandıran bütün yerlər çox ciddi şəkildə nəzarətə alınmalıdır. Təkcə Azərbaycan deyil, Xəzərin sahillərində olan bütün ölkələr bu tədbirləri almalıdır. Biz dünyadakı bütün çayları qorumalyıq. Çirkli sular dənizə axıdılmamalıdır”-deyə mütəxəssis qeyd edib. Onun sözlərinə görə, bura dünyada əhali sayının artması da əsas səbəbdir.

“8,5 milyard insan çox böyük rəqəmdir. Onun yarısı qədər də nəqliyyat vasitəsi var. İnsanlar qidalanarkən, isinmək istəyərkən karbondioksid istifadə edir”-deyə ekspert bildirib.

Mövzu üzrə hazırlanan videomüsahibəni Bizimyol.info xəbər portalının rəsmi YouTube kanalında izləyə bilərsiniz.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »