Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gecə yaxşı yata bilmək üçün nə etmək lazımdır?
Gecə yaxşı yata bilmək üçün nə etmək lazımdır?

Gündüzün stresini ata bilmək üçün gecə yuxu çox önəmlidir. Amma bəzən nə qədər çalışsa da, yerimizin içində dönüb, dolaşsaq da, yata bilmirik. Tez dursaq da, gec yatsaq da, bəzən o yuxu gəlmir ki, gəlmir. Amma narahat olmayın, çünki bu problemi təkcə siz yaşamırsınız. Son illər dünyada və ölkəmizdə yuxusuzluqdan əziyyət çəkənlərin sayı gündən-günə artır və çox təəssüf ki, bununla bağlı xəstəliklər də geniş vüsət alır.

Bizimyol.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, gecələr yaxşı yata bilmək üçün müxtəlif üsullar var.

Gecə yaxşı yata bilmək üçün:

  • Gün ərzində yatmamağa çalışın.
  • Axşam nə yediyinizə diqqət edin.
  • Kifayət qədər məşq etdiyinizə əmin olun.
  • Kofein istehlakını məhdudlaşdırın.

Gün ərzində yatmamağa çalışın

İşdən və ya dərsdən sonra televizor qarşısında uzanıb, yarım saat yatmaq bir çox insana faydalıdır. Yatmağımızın əsas səbəbi ağlımızın və bədənimizin yorğun olmasıdır. Ancaq gecə yatmaq əvəzinə bu yorğunluğun bir hissəsini erkən atsanız, yəni qısa müddət yatsanız, gecə yatarkən yuxunuz rahat olmayacaq.

Axşam nə yediyinizə diqqət yetirin

Yemək və yuxu arasında birbaşa əlaqə olduğunu söyləmək üçün elmi araşdırmalara baxmağa belə ehtiyac yoxdur. Çünki hamımız bunu bilirik.

Yatana yaxın karbohidrat, şəkər əsaslı və ya yağlı, ədviyyatlı yeməklər yeyəsəniz yata bilməyəcəksiniz. Yatsanız da yorğun oyanacaqsınız.

Mütəxəssislər yatmamışdan, ən azı 4 saat əvvəl yeməyi dayandırmağı məsləhət görür. Yemək istəsəniz belə, meyvə, qatıq kimi daha yüngül qidalar qəbul etməyə çalışın.

Kifayət qədər məşq etdiyinizə əmin olun

Yuxumuzun əsas səbəbi zehni və fiziki yorğunluqdur. Ən əhəmiyyətlisi isə, bədən yorğunluğudur. Beyniniz nə qədər yorğun olsa da, bütün günü fiziki məşğuliyyətiniz olmasa, rahat yata bilməyəcəksiniz. Odur ki, gün ərzində idman zalına gedib məşq edə bilməsəniz də , heç olmasa gün içində piyada gəzin.

Hər gün cəmi yarım saat gəzsəniz belə, hormon səviyyəniz artacaq, stressiniz azalacaq, qan dövranınız sürətlənəcək və gecələr yaxşı yatacaqsınız.

Kofein istehlakını məhdudlaşdırın

Günə kofe ilə başlayırıq, arabir şokolad yeyirik. Yeməklə kola içirik. Bunlar kofein yataqlarıdır. Gün ərzində kofein qəbul etmək sizi yaxşı hiss etdirir, sizə enerji verir. Amma çox kofein qəbul edirsinizsə, bu sizə gecə yatmağa mane olacaq.

Yatana yaxın kofein qəbul etməyi düşünməyin. Gün ərzində də gecəni düşünərək kofein qəbulunu məhdudlaşdırmalısınız. Gecələr rahat yata bilmək üçün sakitləşdirici çaylar için, yataq otağınızı havalandırın, meditasiya edin, rahatlaşdırıcı musiqiyə qulaq asın.

  • İsti duş qəbul edin.
  • Ən kiçik işıqdan belə uzaq durun.
  • Elektron cihazlardan uzaq durun və kitab oxuyun.

Sakitləşdirici çaylar

Məlumdur ki, bəzi bitkilər psixi sağlamlığımıza antidepresan təsir göstərir. Məsələn, çobanyastığı, limon, lavanda, şüyüt kimi bitkilərdən alınan çaylar rahatlaşdırıcı təsir göstərir. Bu səbəbdən yuxusuzluq olanda bu növ bitki çayını içərək bir az dincələ bilərsiniz. İstəyirsinizsə, bir az bal əlavə edib limon sıxa bilərsiniz.

Yataq otağınızı havalandırın

Rahat bir yataq otağı yaxşı yuxunun açarıdır. Təbii ki, dağınıq, çirkli, havasız otaqda köhnə çarşaflı çarpayıda yata bilməzsiniz. Sadəcə qalxın və pəncərəni açın. Otağı səliqəyə salın. Əmin olun, oksigenli təmiz otaqda və ətirli çarşaflarda daha rahat yatacaqsınız. Otaq temperaturunu özünüzə uyğun tənzimləməyi unutmayın.

Meditasiya edin, rahatlaşdırıcı musiqi dinləyin: Hər kəsin müxtəlif istirahət yolları var. Dua, meditasiya və ya nəfəs məşqləri edə bilərsiniz. Təbii ki, ən önəmlisi ruhunuza dinclik verən musiqiləri dinləməkdir.

Otağınıza nanə, berqamot, evkalipt, limon, dağ mehi, yasəmən kimi qoxular olan buxur qoysanız və ya bu qoxularla buxur yandırsanız daha rahat dincələrsiniz. Hansı qoxu və musiqini seçəcəyiniz tamamilə sizə bağlıdır.

İsti duş alın

Yaxşı yuxu üçün otağınızın təmizliyi qədər bədən təmizliyiniz də vacibdir. Yatmazdan əvvəl isti duş qəbul edin və təmiz, mümkünsə pambıq paltar geyin. Əgər isti və ya isti duş qəbul etsəniz, bədəniniz rahatlayacaq.

Ən kiçik işıqdan belə uzaq durun

Bu gün dünyamızda gecə ilə gündüz arasındakı tarazlıq pozulub. Beynimiz isə, hələ də yuxu üçün tam qaranlıq istəyir, çünki canlıların əksəriyyəti gecə yatır. Pərdəniz nazikdirsə, o, kənardan işığı buraxa bilər. Və yaxud başqa otaqda yanan bir işıq otağınızda qaranlığı poza bilər. Yatdığınız otağın mümkün qədər qaranlıq olduğundan əmin olmalısınız. Təbii ki, bu insandan insana dəyişə bilər.

Elektron cihazlardan uzaq durun və kitab oxuyun

Yatmadan əvvəl telefon, planşet, kompüter və ya televizora baxırsınızsa, sizə mavi işıq gəlir və beyniniz gündüz olduğunu zənn edərək yuxunu sizdən alır. Bu səbəbdən də yatmamışdan əvvəl və ya yuxunuz gələndə telefonu əlinizə götürüb ekrana baxmayın. Bunun əvəzinə kitab oxuyun. Beyninizin və gözlərinizin bu şəkildə rahatlaşacağına əmin olun.

Təbii ki, yuxu problemlərinə səbəb olan bəzi xəstəliklər də ola bilər. Bu səbəbdən xroniki yuxusuzluqdan əziyyət çəkinirsinizsə, həkimə müraciət edin.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »