Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə bank işçisi dələduzluqla futbol adamlarının milyonlarla dollarını mənimsəyib
Türkiyədə bank işçisi dələduzluqla futbol adamlarının milyonlarla dollarını mənimsəyib

Türkiyədə böyük dələduzluq hadisəsi baş verib. Özəl banklardan birində vəzifə tutan Seçil Erzan dələduzluqla futbol adamlarının milyonlarla dollarını mənimsəyib. Aldananlar arasında Fatim Terim, Arda Turan kimi dünya şöhrətli şəxslər var.

Bizimyol.info xəbər verir ki, Seçil Erzanın təxminən 55 milyon dollar mənimsədiyi bildirilir. Qadın bank işçisinin ən çox Arda Turana zərər vurduğu məlum olub. “Barselona”nın keçmiş futbolçusu 150 milyon lirə (7,5 milyon dollardan çox) itirib. Əmrə Çolakın 100 milyon lirəsi (5 milyondan çox) gedib.

“Qalatasaray”la UEFA kubokunun qalibi olmuş Fatih Terimin 80 min lirəsi (təxminən 4 milyon dollar) batıb. İstanbul klubunun qapıçısı Fernando Musleranın 10 milyon, “İstanbul Başakşehir”in baş məşqçisi Əmrə Belözoğlunun isə 86 milyon lirəsi mənimsənilib.

Bank işçisi onları necə aldadıb? Seçil Erzan bir sıra futbol adamının, o cümlədən, onların ailə üzvlərinin mobil telefonlarını tapıb, zəng vurub. Həmin şəxsləri işlədiyi bankın xüsusi fondu olmasına, bura pul yatırmaqla böyük gəlir əldə etməyin mümkünlüyünə inandırıb. Seçil Erzan görüşlərdə diplomatik bacarığından istifadə edərək futbol adamlarının, onların yaxınlarının etimadını qazanıb. Məsələn, Fatih Terimin qızı Buse Bahçekapılı, kürəkəni Volkan Bahçekapılı da bank işçisinə inanıb. Əvvəlcə “fond”a böyük məbləğlər cəlb etmək mümkün olmayıb. Seçil Erzan böyük faizlər ödəməklə çevrəni genişləndirib. Daha çox futbol adamı ona inanıb, məbləğlər artıb. Günlərin birində isə bütün bunların dələduzluq aktı olduğu üzə çıxıb.

Seçil Erzan həbs olunub. O, ifadəsində bank rəhbərliyinin baş verənlərdən xəbərdar olmadığını deyib. Erzanın sözlərinə görə, böyük ziyan görüb, zərərçəkənlərə ödəməyə pulu qalmayıb. Çünki mexanizmi düzgün hesablamayıb. Faizləri əsas məbləğlərdən ödəyib. Bir müddət sonra piramidanın öhdəsindən gələ bilməyib. Məhz bundan sonra müştərilərlə arasında problem yaranıb.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »