Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Türkiyə 10 noyabr bəyannaməsindəki kimi Minsk qrupunda da yer ala bilməmişdi" - Video
"Türkiyə 10 noyabr bəyannaməsindəki kimi Minsk qrupunda da yer ala bilməmişdi" - Video

2020-ci il 44 günlük müharibə Azərbaycanın qələbəsi ilə bitsə də, müharibədən keçən müddət ərzində Ermənistanla sülh müqaviləsi əldə etmək mümkün olmayıb. Maraqlısı budur ki, Ermənistan baş naziri Nikol Paşinyan Soçi, Praqa, Brüssel görüşlərində sülh yönəliminə sahib olduğunu hiss etdirsə də, Fransanın müdaxiləsindən sonra hər zaman geri addım atıb.

Fransa ilə Ermənistanı nə bağlayır?

“Fransa Osmanlı dönəmində Osmanlı dövlətinə qarşı rəqib dövlətlərdən biri idi. Fransanın ermənilərlə tarixi bir keçmişi var. 1200-cü illərdə Adana-Çukurova bölgəsində qurulan bir erməni baronluğu var. Bu baronluq 1375-ci ildə çökən zaman orada idarəetmə tacı Fransaya keçmişdi. Dolayısı ilə Fransa katolik olmasına baxmayaraq Qriqoryan ermənilərin hamisi olmuş və ermənilərin idarə etməsini bu taca görə, Fransaya keçmişdir. Bu barədə çox danışılmır”.

Bu barədə Bizimyol.info xəbər portalına Türkiyənin Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi analitik Həsən Oqtay danışıb. O, qeyd edib ki, bu gün Fransanın ermənilərlə maraqlanmasının əsas səbəbi budur.

Türkiyənin Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi analitik Həsən Oqtay Həsən Oqtay

“Xaçlı səfərləri zamanı Anadoluya, Səlcuqluya katoliklər gəldikləri zaman öz məzhəblərindən olmayan, erməniləri də bu Xaçlı səfərlərinin içərisinə qatmışdı. Burada Fransa Çukurova-erməni baronluğu ilə tanış olmuş, müxtəlif zamanlarda Çukurova ermənilərinə yardım və dəstək olmuşdur. XIX əsrdə də Fransa Osmanlıdakı ermənilərə qarşı da eyni mövqeyi sərgiləmişdir”-deyən politoloq hesab edir ki, Fransanın ermənilərə dəstəyinin arxasında da bu tarix var.

Həsən Oqtay bildirib ki, 1991-ci ildə atəşkəs elan edildikdən sonra Minsk qrupu yaradıldığı zaman burada Amerika, Fransa və Rusiya yer aldı. Türkiyə burada yer almaq istəsə də bacarmadı. O dövrün şərtləri buna icazə vermədi.

“10 noyabr bəyannaməsində Türkiyə yer almaq istəyib ala bilmədiyi kimi, Minsk qrupunda da yer ala bilməmişdi”-deyə Həsən Oqtay əlavə edib.

Həsən Oqtayın Fransa və Ermənistan mövzusunda açıqlamasının videomüsahibəsinə Bizimyol.info xəbər portalının rəsmi YouTube kanalında izləyə bilərsiniz.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »