Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Mövcud iqtidarın 21 ildir Türkiyəni idarə etməsi elmin əksinə bir vəziyyətdir" - Video
"Mövcud iqtidarın 21 ildir Türkiyəni idarə etməsi elmin əksinə bir vəziyyətdir" - Video

Türkiyə böyük seçkilərə hazırlaşır. Mayın 14-də baş tutacaq seçkidə 36 partiya mübarizə aparacaq. Bu partiyaların əksəriyyəti ittifaqlar şəklində seçkilərdə iştirak edəcək. Türkiyədə seçkilər adətən iki mərhələli keçirilir. İkinci mərhələdə yekun nəticə açıqlanır. Türkiyə ilə yanaşı Azərbaycan da Türkiyədəki seçkiləri maraqla izləyir. Seçkiqabağı müxtəlif ekspertlər seçki ilə bağlı fikir yürüdür, öz düşüncələrini irəli sürürlər. Qalib partiya və şəxslər seçkidən sonra hələ bir neçə il Türkiyənin tarixində izlər buraxacaq. Kimin qalib olacağı Türk millətinin iradəsinə bağlıdır...

“Elmi ədəbiyyata görə, heç bir şəxs və qrupu 5 ildən az, 10 ildən artıq eyni statusda qala bilməz. Çünki edə biləcəklərini bir şəxs və qrupu 10 il ərzində əslində həyata keçirə bilir. Bundan sonra təkrarlamağa başlayır. Mövcud iqtidarın 21 ildir ki, Türkiyəni idarə etməsi elmin əksinə bir vəziyyətdir”.

Bu barədə Bizimyol.info xəbər portalına Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə Fakültəsi müəllimi, professor Kərəm Qarabulud danışıb. Onun sözlərinə görə, “Millət İttifaqı” ilk seçimdə prezidentliyi qazanacaq. “İYİ” partiyanın Millət İttifaqında birinci olmaq ehtimalı böyükdür.

Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə Fakültəsi müəllimi, professor Kərəm Qarabulud Kərəm Qarabulud

Professorun fikrincə, həm İğdırdakı xalq yoxlamaları, həm Türkiyədəki müşahidələr sübut edir ki, xalqın “İYİ” partiyaya marağı var. Bunun səbəbi də “İYİ” partiyanın Türk cəmiyyətini qucaqlamış olmasıdır. Belə ki, həm məzhəb olaraq, həm mənsubiyyət olaraq, həm bölgə olaraq hər kəs burada yer ala bilir.

“Əslində Türkiyənin mərkəzində “İYİ” Partiya var. Türkiyə xalqı da bunun fərqindədir. Belə təxmin edirəm ki, 15 mayda “İYİ” partiya Türkiyənin ən az 20 illik tarixində olacaq partiya kimi görünür. Türkiyənin meyli bu şəkildə formalaşıb”-deyə professor bildirib.

Kərəm Qarabulud ilə videomüsahibənin davamını Bizimyol.info xəbər portalının rəsmi YouTube kanalında izləyə bilərsiniz.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »