Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ortaya sual çıxır: ABŞ niyə 30 min NATO əsgərini Yunanıstana yığır? - Video
"Ortaya sual çıxır: ABŞ niyə 30 min NATO əsgərini Yunanıstana yığır? - Video

ABŞ-ın dördhissəli "Kürdistan"ın qurulması planı var. Bura İraq, İran, Türkiyə və Suriya daxildir. İraq və Suriya bu səviyyəni keçib. Növbədə İran və Türkiyə var. Bu iki ölkədəki rejimlər çökdükdən sonra "Böyük Kürdistan"ın növbəti pilləsində sıra Türkiyəyə gəlib.

Bu barədə Bizimyol.info xəbər portalına Türkiyənin “Bağımsızlıq” Partiyasının sədri Yener Bozqurd danııb. O, İranda Məhsa Əminin baş örtüyü hadisələrini xatırladaraq, həmin hadisənin İranda ciddi problemlər yaratdığından danışıb. Nəzərdə tutulan 4 ölkədən İraq və Suriyadan sonra İran olduğu qeyd edilsə də, əslində vaxt qalmadığı üçün İran və Türkiyənin eyni anda prosesə cəlb ediləcəyini düşünürəm. İranda hadisələr bu gün də öz ciddiyyətini və riskini saxlamağa davam edir. Türkiyədə olan sıxıntılar da, ən az İran qədər güclüdür. Suriyanın şimalında YPG, PKK-nın uzun müddətdir ki, ABŞ tərəfindən silah və digər vasitələrlə təchiz edilməsi, orada silah-sursat və potensial terrorçu sayının artması prosesi həyata keçirilir”-deyən Yener Bozqurdun sözlərinə görə, Yunanıstan və Türkiyə uzun illərdir ki, bir-birinin düşməni kimi görünür. Bu müddətdə böhranlar ara-sıra yüksəlib, təkrar sakitləşir. Amma son illər ciddi bir təzyiq yüksəlməsi müşahidə edilir. Belə ki, NATO Yunanıstanın Dedeağac ərazisində 30 min NATO əsgərini 1,5 ildir saxlayır.

"Bağımsızlıq" partiyasının başqanı Yener Bozqurd "Bağımsızlıq" partiyasının başqanı Yener Bozqurd

“Türkiyə də, Yunasıtan da NATO ölkəsidir. Bu zaman maraqlı bir sual ortaya çıxır. ABŞ niyə son 1,5 il də 30 min NATO əsgərinin Yunanıstana yığılmasına ehtiyac duyub? Yunanıstanın Dedeağac şəhəri Türkiyəyə 1 saat məsafədədir. Bu əsgərlər Əfqanıstanda və yaxud Əfqanıstana yaxın bir ərazidə saxlanılsaydı hədəflərinin nə olduğunu başa düşərdik. Amma Yunanıstanın yanında olan tək ölkə Türkiyədir. Və 30 min əsgər burada saxlanılırsa, onları Rusiyaya qarşı istifadə etməyəcəklər, İrana qarşı istifadə etməyəcəklər. Onların istifadə ediləcəyi ünvan məlumdur”-deyə Yener Bozqurd əlavə edib.

Yener Bozqurd ilə videomüsahibənin davamını Bizimyol.info xəbər portalının rəsmi YouTube kanalında izləyə bilərsiniz.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »