Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanın güclənməsi İranı niyə narahat edir? - Video
Azərbaycanın güclənməsi İranı niyə narahat edir? - Video

“Son zamanlar İranla Azərbaycan arasında bir gərginlik var. Bu gərginlyin bir qədə keçmişinə baxaq. 44 günlük Qarabağ müharibəsindən sonra Azərbaycanın bölgədə dövlətləşmə və millətləşmə müddətini tamamlayıb, inkişaf edən bir dövlətə çevrildikdən sonra istər-istəməz İran tərəfindən diqqətlə izlənilməyə başlandı. Nəticə etibarı ilə görünən odur ki, İran Azərbaycanın bölgədə güclü bir dövlət olmasını arzu etmir. Belə olanda halda da İranla Azərbaycan arasında fərqli sahələrdə zaman-zaman gərginliklər müşahidə edilməyə başladı”.

Bu barədə Bizimyol.info xəbər portalına Türkiyənin Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi analitik Həsən Oqtay danışıb. O, qeyd edib ki, bundan sonra İranın Araz sahilində hərbi təlim keçməsi, hərbi təyyarələrin Azərbaycan sərhədlərində uçması və s. həyata keçirilib. İran buna səbəb kimi 44 günlük müharibə zamanı İsrailin Azərbaycana yardım etməsini və bu müharibədən sonra Azərbaycanda qeyri-rəsmi olaraq hərbi baza əldə etdiyini göstərib.

Türkiyənin Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi analitik Həsən Oqtay Həsən Oqtay

“Ankarada keçirilən toplantıların birində İran Məclis rəhbəri Azərbaycan Məclis rəhbərini sionist dövlət olmaqla ittiham etdi. Bu, əslində ciddi anlamda diplomatik bir böhrandır. Daha sonra İran Xarici İşlər naziri Türkiyəyə səyahəti zamanı buna bənzər bir cümlə istifadə etdi. Bu da İranın Azərbaycanla İsrail münasibətlərindən son dərəcədə narahat olduğunu sübut edir.

Azərbaycanın Tehrandakı səfirliyində terror hadisəsi, daha sonra “Bravo” marketdə bank əməkdaşlarına silahlı hücum və deputat Fazil Mustafaya qarşı edilən sui-qəsd də İranla Azərbaycan arasındakı münasibətləri olduqca gərginləşdirdi. Bu müddət ərzində Azərbaycan öz vətəndaşlarını İran kəşfiyyatına xidmət etməsi ittihamı ilə həbs etməyə başladı. İran da yüksək səviyyədə Azərbaycanla bağlı qəbul edilməyəcək açıqlamalar verdiyi üçün İranın Azərbaycandakə səfirliyində çalışan 4 nəfər persona non-grata elan edilərək ölkədən çıxarıldı”,- deyə Həsən Oktay keçən müddət ərzində baş verənlərdən söz açıb.

Bu gün İranla Azərbaycan arasında gərginlik var. Bu gərginlik müharibəyyə çevrilə bilərmi? Bu sualın cavabını Bizimyol.info xəbər portalının rəsmi YouTube kanalındakı videomüsahibədə izləyə bilərsiniz.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »