Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"20 Yanvarda Azərbaycanda olan Rusiya əsgərləri yenidən Azərbaycandadır..." - Video
"20 Yanvarda Azərbaycanda olan Rusiya əsgərləri yenidən Azərbaycandadır..." - Video

44 günlük Vətən müharibəsində Azərbaycan qələbə çaldıqdan sonra, Rusiyanın da iştirakı ilə üçtərəfli bəyannamə imzalandı... Və tərəflər arasında sülh müqaviləsinin imzalanacağı barədə razılığa gəlindi. Amma 3 ilə yaxındır ki, mənfur erməni xisləti özünü göstərir və sülh müqaviləsinin imzalanması həyata keçirilmir. Bu müddətdə isə, Ermənistan problemi öz boynundan ataraq, əslində Qarabağ probleminin Azərbaycan və Rusiya arasında bir problem olduğuna eyham edir...

“2020-ci il 10 noyabr “üçtərəfli bəyannamə” imzalandıqdan sonra Qarabağ probleminin bitməsi ilə bağlı həm Azərbaycan mətbuatında, həm də Türkiyədə üst səviyyələrdə açıqlamalar edildi. Amma gördük ki, Qarabağ problemi bitmir. Bununla yanaşı Azərbaycan 1991-ci ildən əvvəl olan böhrandan daha riskli bir böhranla qarşı qarşıya qaldı. Rusiya tək tərəfli bölgədə sülhməramlı adı altında hərbi güc topladı. Bu da o deməkdir ki, 1990-cı il yanvarın 20-də Azərbaycanda olan rus əsgərləri yenidən Azərbaycandadır”.

Bu barədə Bizimyol.info xəbər portalına Türkiyənin Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi analitik Həsən Oqtay danışıb.

Türkiyənin Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi analitik Həsən Oqtay Həsən Oqtay

Həsən Oqtay qeyd edib ki, Rusiyanın bölgədə qala bilməsi üçün Azərbaycan və Ermənistan arasında toqquşmalar davam etməlidir.

“Mətbuatda yayılan məlumatalara diqqət edərək, deyə bilərik ki, 10 noyabr bəyannaməsində Rusiya sülhməramlılarının Qarabağda 5 il qalacaqları qeyd olunsa da, daha çox qalacaqları gözlənilir”-deyən Həsən Oqtayın fikrincə, Rusiya Qarabağ problemini Ermənistanla Azərbaycan arasında həll edilməyən və ara-sıra toqquşmalara səbəb olan bir pozisiyada tutaraq, Cənubi Qafqazda varlığını bu şəkildə davam etdirmək istəyir.

“Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağla bağlı beynəlxalq görüşlərdə problemin Ermənsitanla Azərbaycan arasında deyil, Azərbaycanla Rusiya arasında olduğunu qeyd edərək, Rusiya ilə Azərbaycanı qarşı-qarşıya gətirdi. Eyni zamanda problemin Azərbaycan və Türkiyə tərəfindən daha aydın şəkildə başa düşülməsinə səbbə oldu. Bu açıqlamadan öncə Qarabağ probleminin bitdiyi, Rusiyanın bölgədə 5 il qaldıqdan sonra çıxacağı düşünülürdü. Hətta zamanla Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşı olacağı gözlənildiyi bir halda Qarabağda rus dili ikinci dil elan edildi və Qarabağ ermənilərinə Rusiya vətəndaşlığı verilməyə başlanıldı”,- deyə Həsən Oqtay bildirib. Onun sözlərinə görə, bu müddətdə Fransa prezidenti Makron isə, yenidən Qarabağın statusu məsələsini güdəmə gətirdi. Bu da Azərbaycan tərəfindən qəbul ediləcək bir vəziyyət deyil.

Mövzu üzrə hazırlanan videomüsahibəni Bizimyol.info xəbər portalının rəsmi YouTube kanalında izləyə bilərsiniz.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »