Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İnsanlarının bir-birinə borc vermədiyi ada ölkəsi
İnsanlarının bir-birinə borc vermədiyi ada ölkəsi

Yeni Zelandiya bizim üçün ən uzaq ölkələrdən biridir. Ora ikitərəfli təyyarə bileti bəzən bir avtomobilin qiymətinə başa gələ bilər. Yeni Zelandiya haqda çox şey də bilmirik. Bu ada ölkəsinin gözəl təbiəti var. Yağış bəzən günlərlə dayanmır.

Bizimyol.info xəbər verir ki, türkiyəli səyahət blogeri Mert Öztürk bir müddət Yeli Zelandiyada zaman keçirib. Onun hazırladığı videolar çox maraqlıdır. Öztürk ada ölkəsinin bilmədiyimiz tərəflərini göstərməyə çalışıb.

Yeni Zelandiyada qiymətlər çox yüksəkdir. Otel qiymətləri hətta Noveçdə, İsveçrədə belə, bu qədər baha ola bilməz. Mert Öztürk buna görə hostellərə üstünlük verir. Amma onun gəzdiyi yerlərdə xeyli evsiz insan gözə dəyir. Gəlmələrin avtomobildə yaşaması adi hala çevrilib. Əsas üstünlük məhz maşın qiymətlərinin əlverişli olmasıdır. Hətta 1500-2000 min dollara da avtomobil almaq mümkündür.

Mert Öztürk adalardan birində yerləşən Tauranqa şəhərində başqa türkiyəlilərlə tanış olur. “Abra kebabra” restoranı buralarda çox məşhurdur. Restoran sahibi həyatından məmnun görünür. O, iaşə obyektinin şəhərin mərkəzində olmasının üstünlüklərindən danışır. Amma türkiyəli işçilərdən biri gileylənir. O, Mert Öztürkə əvvəlcə bizneslə məşğul olduğunu, amma uğur qazanmadığını deyir. 1995-ci ildə Yeni Zelandiyaya gələn türkiyəli çox şey əldə edə bilmədiyindən şikayətlənir. Əlbəttə, ölkənin yaxşı tərəflərini də görür. Məsələn, səhiyyə yüksək səviyyədədir. Tibbi sığorta əhalinin əlindən çox tutur. Buna baxmayaraq, Yeni Zelandiyanın böyük bir biznes obyektinə çevrilməsi onun ürəyincə deyil.

“Buranın insanları ilə dəyərlər sistemi də fərqlidir. Məsələn, bir-birinə borc vermirlər. Hər şeyə görə vergi ödəmək lazım gəlir. Pul qazanırsan, amma elə burada da xərcləyirsən, əlavə addım atmağa imkan qalmır. Türkiyəlilərin gəlməsi lap çətinləşib. Baxırsan, hər yerdə çinlilər, hindistanlılar gözə dəyir. Necə gəldilər bu ölkəyə? Çindən milyonçular gəlir. Kommunist ölkəsində o qədər pulu necə qazanıblar? Çox şübhəlidir. Sonradan dələduz olduqları üzə çıxır. Özünəməxsus problemlər də var. Maorilərlə burada 100-150 il əvvəl məskunlaşmış avropalı ailələr arasında da gərginlik var”, - restoranın əməkdaşı bunları danışır.

Mert Öztürk onun kimi bir müddət qonaq olanlara Yeni Zelandiyada müvəqqəti işləməyin sərf etdiyini deyir. Çünki bir saat tarlada və ya kafedə işləmək sizə 27-28 dollar qazandıra bilər. Həmin pullar öz ölkəndə çox işinə yarayar. Amma Yeni Zelandiyada gəlmələr belə, bunu böyük məbləğ adlandırmır.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »