Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranda robotların futbol turniri keçiriləcək
İranda robotların futbol turniri keçiriləcək

Moskva Fizika və Texnologiya İnstitutunun (MFTİ) futbol robotları və onların tərtibatçılarından ibarət komanda aprelin sonunda açıq robot futbol yarışları üçün İrana gedəcək.

Bu barədə Rusiya mətbuatı “Starkit” komandasının kapitanı, Moskva Fizika-Texnika İnstitutunun idarəetmə sistemlərinin dalğa prosesləri laboratoriyasının mühəndisi Vladimir Litvinenko bildirib.

“Bu, hamı üçün açıq olan regional çempionatdır, onlar dünyanın müxtəlif yerlərində keçirilir. Biz kifayət qədər yaxşı oynayan, yaxşı robot texnikası olan İran komandaları ilə oynamaq istəyirik. Bu yaxınlarda Braziliyada keçirilən yarışa getmişdik. Bu cür beynəlxalq əməkdaşlıq bizim hansı səviyyədə olduğumuzu anlamağa kömək edir və başqaları müəyyən mənada geridə qalırsa, onlara kömək edir", - Litvinenko bildirib.

Onun sözlərinə görə, MFTİ robotları proqram təminatı da daxil olmaqla tamamilə rusiyalıdır. 2018-ci ildə ilk futbolçu robotu Fransa komandasından alınıb. Sıfırdan bir futbolçu robot yaratmamaq üçün bu əsas götürülüb. Beş il ərzində mexanizmlər tamamilə yenidən işlənib, fransız bazasından heç nə qalmayıb.

2021-ci ildə MFTİ komandası 1993-cü ildə əsası qoyulmuş beynəlxalq yarış olan "RoboCup" Dünya Robot Futbol Çempionatının qalibi oldu. Onların məqsədi süni intellekt sahəsində elmi araşdırmaları təşviq etmək üçün avtonom futbolçu robotları yaratmaqdır. Rusiya hərəkata 2016-cı ildə qoşulub.

Robot futbolunun qaydalarını beynəlxalq federasiya müəyyən edir. Onlar robot texnikasının inkişaf səviyyəsi ilə bağlıdır. Hər komandanın dörd avtonom insanabənzər robotu var: üç sahə oyunçusu və bir qapıçı. Qarşılaşma 6,75 ilə 4,5 m ölçülü yumşaq süni ot örtüyündə keçirilir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »