Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çəkisi kritik həddə düşüb - Saakaşvilinin anası
Çəkisi kritik həddə düşüb - Saakaşvilinin anası

Bundan əvvəl həkimlər xəbərdarlıq etmişdilər ki, əgər Gürcüstanın eks-prezidenti 58 kq-a qədər arıqlayarsa, o zaman orqanizmdə onun yataqdan qalxmasına imkan verməyən geri dönməz proseslər başlayacaq.

Bizimyol.info xəbər verir ki, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili arıqlamağa davam edir və hazırda 58 kiloqramdır. Bu barədə jurnalistlərə onun anası Giuli Alasaniya açıqlaması zamanı bildirib.

Alasania oğlunun zəhərləndiyini iddia edir və bildiirir ki, buna görə də o, yeyə bilmir və müvafiq olaraq lazımi miqdarda kalori ala bilmir.

"Çəki itirmə sürəti davam edir" - deyə Alasania qeyd edib.

Xatırladaq ki, fevralın sonunda Gürcüstan Ombudsman Aparatının şurasının həkimi Giorgi Qriqolia bildirib ki, siyasətçinin çəkisi 55 kiloqrama düşərsə, o zaman geri dönməz proseslər başlayacaq, o, yataq xəstəsi olacaq. Həmin vaxt Saakaşvilinin çəkisi 64 kiloqram idi.

Qeyd edək ki, Saakaşvili 2021-ci il oktyabrın 1-də Gürcüstanda saxlanılıb, onun barəsində bir neçə cinayət işi üzrə istintaq aparılır. Siyasətçi bankir Sandro Girqvlianinin qətli və deputat Valeri Gelaşvilinin döyülməsi işlərində qiyabi mühakimə olunub. Birinci halda Saakaşvili üç il, ikincidə isə altı il müddətinə azadlıqdan məhrum edilib. Bundan əlavə, o, 2007-ci il noyabrın 7-də müxalifətin mitinqinin dağıdılması, “İmedi” teleşirkətinin talan edilməsi və dövlət büdcəsindən vəsaitlərin mənimsənilməsi ilə bağlı işlərdə təqsirləndirilən şəxsdir – bunlara hələ də məhkəmələr baxır.

Onu da əlavə edək ki, Gürcüstanın baş naziri İrakli Qaribaşvili Saakaşvilinin uzun müddət həbsdə qalacağını, bütün müddətini çəkəcəyini bildirib.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »