Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dərialtı gənələrin yaranma səbəbi və müalicə yolları
Dərialtı gənələr və onların üz dərisində törətdiyi fəsadlar bir çoxlarını, xüsusən gəncləri narahat edir. Bəziləri  bunu yeniyetməlik dövründə yaranan səpgilərlə qarışıq  salırlar. Bizimyol.info   dərialtı gənələr və onların müalicəsi barədə məlumat təqdim edir.

Dərialtı gənələr dedikdə, dərinin özündə olan demodeks adlı gənələr başa düşülür. Bu gənələr demək olar ki, insanların 50-60 faizində var. Dəridə həddindən artıq yağlılıq, zədələnmə olarsa, onların fəaliyyəti artır. Bunun nəticəsində həmin gənələr səpkilər yaratmağa başlayırlar. Dərialtı gənələrin əsas əlaməti isti mühitdə dərinin qaşınmasıdır. Ola bilər ki, kimsə analiz versin və müəyyən olunsun ki, onun dərisi altında gənə var. Amma bu gənələr həmin şəxsə heç bir narahtlıq vermirsə, bu, həmin şəxsdə demodekoz xəstəliyinin olmasına heç bir əsas vermir.Dəriyə düzgün qulluq edilmədikdə gənə inkişaf etməyə başlayır. Və üzdəki yağın ifraz olunması yolu ilə qidalanır. Demodekoz üçün yaş fərqi yoxdur. Hər bir yaş qrupunda buna rast gəlmək mümkündür. Lakin gənc xanımların üz dərisi daha çox yağlı olduğuna görə əsasən onlarda müşahidə olunur.

Gənənin tam müalicəsi yoxdu. Çünki 99% insanlar həmin demodekoz follikulorumun daşıyıcısıdı. Biz gənənin müalicəsi dedikdə gənənin törətdiyi simptomların aradan qaldırılması haqqında danışırıq. Yəni, müalicə bitdikdən sonra da üzdən götürülən yaxmada demodekoz aşkarlana bilər. Amma simptomlar yoxdursa, deməli, müalicə uğurla başa çatır. Demodekoz follikulorum bizim dərinin şərti saprofit parazitidir. Xəstəliyin inkişafında onun sayı rol oynayır.

Müalicə kursu bitdikdən sonra gənənin fəsadlarının olması mümkündürmü? 

Adi səpkilərdən sonra çapık və ya ləkə qalması çox az hallarda baş verir. Amma demodekozdan sonra bu, gözlənilən haldır. Belə olan təqdirdə isə 100 % nəticə mümkünsüz olur. Bir nüansı da qeyd edim ki, əgər nə vaxtsa gənə problemi olubsa, onda mütəmadi olaraq üz dərisinə qulluq edilməlidi. Əks halda, gənənin yenidən təkrarlanması mümkündü. Ümumilikdə isə əsas gigiyena qaydalarına önəm verilməlidi. Bir dəfəlik istifadə üçün nəzərdə tutulmuş dəsmallardan, nəm salfetkadan istifadə etmək lazımdı. Kosmetik vasitələrin istifadəsində də diqqətli olmaq lazımdı. Çünki üzə dəyən süngər - “maçalka” kosmetikaya dəyməməlidi. Bundan başqa, gənə günəş şüasından “qorxur”. Ona görə də tez-tez yastığı günəşə vermək lazımdı. Lakin insan özü günəşdən qorunmalıdı. Çünki günəş şüasından sonra gənə ölsə də, yerində ləkə əmələ gələcək.

Son xəbərlər
Bütün xəbərlər »