Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşdırmalıdır - Andrey Movçan
Ermənistan Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşdırmalıdır - Andrey Movçan

“Movchan's Group” investisiya menecmenti qrupunun təsisçisi, iqtisadçı ekspert Andrey Movçan hesab edir ki, Ermənistan iqtisadiyyatı Türkiyə və Azərbaycanla əlaqələr qurmadan normal inkişaf edə bilməyəcək.

"İqtisadiyyatın inkişafı üçün Ermənistan Türkiyə və Azərbaycanla sabit münasibətlər qurmalıdır. İki böyük qonşu ilə münasibətlər formalaşmadan Ermənistan ticarət dövriyyəsinin normal artımını, iqtisadiyyatının dünya ticarətinə normal inteqrasiyasını təmin edə bilməyəcək”,- deyə o, Rusiya-Ermənistan Universitetində “Qlobal Forum. İqtisadiyyat” mövzusunda keçirilən “Ermənistan iqtisadiyyatı. Kənar perspektiv” adlı məruzə zamanı bildirib.

"Mən qətiyyən Ermənistana bunu necə etməyi və bunun üçün nəyi qurban verməyi öyrətmək istəmirəm. Amma mənim fikrimcə, tamamilə aydındır ki, münasibətlər sabitləşməlidir, əks halda iqtisadi inkişaf olmayacaq", - deyə iqtisadçı əminliklə bildirib.

Digər tərəfdən, onun fikrincə, Ermənistanın inkişaf etmiş dünya ilə güclü müxalifətdə olan ölkələrdən asılılığının çox ehtiyatlı, lakin ardıcıl azaldılmasına ehtiyacı var.

“Nə qədər çətin olsa da əvvəla, İrandan və Rusiyadan asılılığı azaltmq lazımdır”,-deyə əlavə edib.

Eyni zamanda o, Ermənistanda investisiya mühitinin yaxşılaşdırılmasına kömək edəcək bir sıra tövsiyələr verib.

“İnvestorların hüquqlarının müdafiəsinin təkmilləşdirilməsi, iqtisadi azadlıqlar, şəffaflıq; qlobal mühasibat prinsiplərinə keçid və biznesdə ingilis dilinin tətbiqi; seçilmiş sənaye sahələri üçün xüsusi vergi sistemləri; Ermənistanın qonşu ölkələr və digərləri üçün regional mərkəzə və provayderə çevrilə biləcəyi sahələri axtarın”,-deyə qeyd edib.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »