Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ermənistan Türkiyə ilə münasibətləri tam nizamlamağa hazırdır" - Paşinyan
"Ermənistan Türkiyə ilə münasibətləri tam nizamlamağa hazırdır" - Paşinyan

“İrəvanla Ankara arasında münasibətlərin nizamlanması Cənubi Qafqazda sabitlik və təhlükəsizlik arxitekturasına daxildir”.

Bizimyol.info xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Almaniyanın Xarici Əlaqələr Şurasında "Cənubi Qafqazda təhlükəsizlik və sabitlik" mövzusunda müzakirələr zamanı deyib. Onun sözlərinə görə, Ermənistan Türkiyə ilə münasibətlərin tam nizamlanmasına, diplomatik münasibətlərin qurulmasına və sərhədlərin açılmasına hazırdır.

Baş nazir qeyd edib ki, Ermənistanın regionda sülhün bərqərar olması baxışının aspektlərindən biri Türkiyə ilə münasibətlərin tənzimlənməsidir. “Biz ümid edirik ki, 90-cı illərin əvvəllərində Türkiyənin birtərəfli qaydada bağladığı sərhədi tam açacağıq”, - deyə Paşinyan bildirib.

Bununla da o, bu istiqamətdə kiçik, lakin ümidverici addımlara işarə edib. Baş nazir xatırladıb ki, 2022-ci ilin iyulunda Ermənistan və Türkiyənin xüsusi nümayəndələri hava yükdaşımaları yaratmaq və üçüncü ölkə vətəndaşları üçün dövlətlərarası sərhədi açmaq barədə razılığa gəliblər. Nəticədə, 2023-cü ilin yanvarında ölkələr arasında birbaşa hava yüklərinə qoyulan qadağa aradan qaldırılıb. Ermənistanın baş naziri ümid edir ki, tezliklə sərhəd üçüncü ölkə vətəndaşları üçün açıq olacaq.

Bundan əlavə, Paşinyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla 2022-ci ildə Praqada keçirilən görüşü də xatırladıb, görüşdə tərəflərin münasibətlərin normallaşdırılması perspektivlərini müzakirələr etdiklərini bildirib.

Qeyd edək ki, Ermənistanın baş naziri həmçinin İrəvanın Türkiyədə baş verən dağıdıcı zəlzələ ilə bağlı reaksiyası barədə məlumat verib. O, humanitar yardım konvoylarının 30 il bağlı qalan quru sərhədindən Türkiyəyə göndərildiyini vurğulayıb.

Baş nazir Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Türkiyəyə səfərini də qeyd edib. "Səfər və təmaslar sırf humanitar xarakter daşısa da, biz onun siyasi nəticələrini görməyə şad olacağıq", - deyə Paşinyan bildirib.

Xatırladaq ki, fevralın 11-də Ermənistan Türkiyəyə humanitar yardımla yük maşınları göndərib. Son 30 ildə ilk dəfə olaraq yük maşınları Marqara körpüsü ilə Ermənistan-Türkiyə sərhədini keçərək zəlzələdən zərər çəkmiş rayona yollanıb.

Məlumat üçün bildirək ki, Ermənistanla Türkiyə arasında diplomatik əlaqələr yoxdur və sərhəd Ankaranın təşəbbüsü ilə 1993-cü ildən bağlıdır.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »