Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycana delimitasiya komissiyası haqqında əsasnamə vermişik" - Paşinyan
"Azərbaycana delimitasiya komissiyası haqqında əsasnamə vermişik" - Paşinyan

Ermənistanın baş nazirinin sözlərinə görə, İrəvan da Bakının ona təklif olunan sülh müqaviləsi variantına reaksiyasını gözləyir.

Bizimyol.info xəbər verir ki, çərşənbə günü hökumət saatında Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan Azərbaycana delimitasiya komissiyalarının işi haqqında əsasnamə layihəsini təhvil verib.

"Bu yaxınlarda biz Azərbaycana sərhədlərin delimitasiyası üzrə komissiyaların işi haqqında əsasnamə layihəsi təqdim etmişik. Biz bu sənədə cavab gözləyirik", - deyə erməni baş nazir bildirib.

Paşinyan xatırladıb ki, sülh müqaviləsinin İrəvanın təklif etdiyi variant Azərbaycan tərəfinə verilib.

"Amma biz hələ reaksiya almamışıq. Bizə belə bir sənəd gələndə ona cavab vermək üçün müəyyən vaxt lazımdır. Güman edirəm ki, bir müddətdən sonra hansısa reaksiya olacaq", - deyə Paşinyan əlavə edib.

Eyni zamanda o qeyd edib ki, sülh müqaviləsi üzrə işin 3 mərhələsi, təkliflər mübadiləsi artıq keçib və bu istiqamətdə işlər davam etdirilməlidir.

Paşinyan qeyd edib ki, bu iş həmişə üzbəüz görüşlər tələb etmir.

Ermənistan Nazirlər Kabinetinin rəhbərinin sözlərinə görə, kommunikasiyaların açılması, sərhəd təhlükəsizliyinin təmin edilməsi ilə bağlı əvvəlki təkliflər qüvvədə qalır.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 16-da hökumətin iclasında bəyan etmişdi ki, İrəvan öz təkliflərini Azərbaycan tərəfinə çatdıraraq Bakı ilə sülh müqaviləsi üzrə işin növbəti mərhələsini başa çatdırıb. O əlavə edib ki, bu, tam müqavilə layihəsidir və sənəd ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə də təhvil verilib.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »