Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ermənistan hakimiyyəti Qarabağın təslim olmasından narahat deyil” - Abramyan
“Ermənistan hakimiyyəti Qarabağın təslim olmasından narahat deyil” - Abramyan

Rusiya İrəvanla Bakı arasında sülh müqaviləsinin hazırlanmasında iştirak edir, lakin bir neçə aydan sonra danışıqlar prosesində kimin əsas rol oynayacağını söyləmək çətindir.

Bizimyol.info xəbər verir ki, bunu “Mənim şərəfim var” parlament fraksiyasının katibi Tiqran Abramyan Ermənistan parlamentində jurnalistlərə “Rusiyanın danışıqlardan kənarda qaldığını hesab etmək olarmı?” sualına cavab verərkən deyib. O hesab edir ki, Rusiya Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması ilə bağlı danışıqlardan kənarda qalmayıb.

"Rusiyanın bu prosesdən kənarda qaldığını və ya qarşısına belə bir vəzifə qoyduğunu düşünmürəm. Aydındır ki, regional proseslərdə ilk skripkanın rolu uğrunda Qərblə Rusiya arasında kəskin mübarizə gedir. Digər aspektlərdə Rusiya gedən proseslərdə iştirak edir, lakin 4-6 aydan sonra nə olacaq və danışıqlar prosesində kimin əsas rol oynayacağını söyləmək çətindir”, - deyə erməni parlamentarisi bildirib.

Onun sözlərinə görə, bütün məsələ ondadır ki, “Dağlıq Qarabağ”la bağlı Ermənistan və Azərbaycan hakimiyyəti arasında konsensus var. Tiqran Abramyan qeyd edib ki, Azərbaycan tərəfinin bəyan etdiyi beş prinsip və İrəvanın açıqlamaları iki ölkə arasında sülh müqaviləsinin imzalanmasının, İlham Əliyevin dediyi kimi dönüş nöqtəsi Bakı üçün danışıqların uğurla başa çatması deməkdir.

“Məsələ ondadır ki, ətrafında danışıqların aparıldığı məsələlər heç bir şəkildə Ermənistanın və Dağlıq Qarabağın maraqlarına toxunmur. Sadəcə olaraq xalqların öz müqəddəratını təyinetmə hüququnun danışıqlardan “çıxması”, Dağlıq Qarabağda yaşayan ermənilərin hüquqlarının arxa plana keçməsi onu deməyə əsas verir ki, Ermənistan tərəfi bu danışıqlardan yaxşı heç nə gözləməməlidir. Bu arada Ermənistan hakimiyyəti Qarabağın təslim olması prosesindən o qədər də narahat deyil.

Ermənistan hakimiyyəti xalqların öz müqəddəratını təyinetmə hüququ prinsipini danışıqlardan "çıxarıb" və müzakirələr yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində aparılır”, - deyə Abrahamyan bildirib.

Müxalifətdən olan deputatın fikrincə, sülh müqaviləsində “Dağlıq Qarabağ ermənilərinin hüquq və azadlıqları” ilə bağlı bəndin təsbit edilməsi onun Azərbaycana keçməsi demək olacaq.

“Əgər sənədin mətnində Qarabağın adı çəkilməsə və Ermənistan hakimiyyəti bəyan etsə ki, o, özü Azərbaycanla danışıqlar aparmalıdır, bu, məsuliyyətin Stepanakertə keçməsi, eyni zamanda yeni kapitulyasiya deməkdir”, - deyə Tiqran Abramyan bildirib.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »