Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Baş verənlər iran molla rejiminin mahiyyətindən irəli gəlir"
"Baş verənlər iran molla rejiminin mahiyyətindən irəli gəlir"

İran rejimi ciddi cəhdlə Azərbaycanın Tehrandakı səfirliyində törədilən terror hadisəsini məişət zəmnində qarşıdurma, qisas kimi qiymətləndirməyə, baş verən hadisəni terror müstəvisindən çıxarmağa çalışır. Əslində isə hamıya bəllidir ki, xüsusi qüvvələr bu terror hadisəsəni günlər öncə planlamış və sosial şəbəkələr vasitəsilə anonsunu da vermişdilər. İndi isə İran öz hüquqi öhdəliyini həyata keçirmədiyinə görə, bu hadisəyə sadəcə don geyindirməyə çalışır.

Tarix üzrə fəlsəfə doktoru,politoloq Anar Əliyev bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, baş verənlər iran molla rejiminin mahiyyətindən irəli gəlir.

Anar Əliyev Anar Əliyev, Tarix üzrə fəlsəfə doktoru, politoloq

1961-ci il diplomatik fəaliyyətin təşkili ilə bağlı Vyana Konversiyasında da əks olunduğu kimi diplomatik fəaliyyətin təşkili və təhlükəsizliyin təmin olunması diplomatik korpusun yerləşdiyi dövlətin üzərinə düşən məsuliyyətdir.

İranın terror hadisəsi ilə bağlı heç bir praktik ,real addımlar atmaması, İran hüquq mühafizə orqanı əməkdaşının terrorçunun zərərsizləşdirilməsi istiqamətində heç bir hərəkət nümayiş etdirməməsi, tam əksinə ona verilən sifarişə uyğun olaraq, sadəcə seyirci münasibət sərgiləməsi onu göstərir ki, bu terror hadisəsi birbaşa molla rejiminin ən üst səviyyədə tapşırığı əsasında, terrorçu rəsmi dövlət qurumları adı altında fəaliyyət göstərən "SEPAH" tərəfindən hazırlanıb və reallaşdırılıb.

Politoloq bildirir ki, qısa müddət ərzində terrorçunun "SEPAH"-la ciddi əlaqələrinin olması, hadisənin İran molla rejiminin "əməyi"nin nəticəsi olduğu da rəsmi olaraq təsdiqini tapacaq.

Onun fikrincə, Azərbaycanın son illər bir azad dövlət olaraq uğurlu fəaliyyəti, xüsusilə də Azərbaycan prezidenti cənab İlham Əliyevin qətiyyətli siyasi iradəsi İranın cənubu Qafqaz maraqlarına birbaşa təhdid yaradıb.

Bölgədə özbaşınalıq, xaos, anarxiya, terror mühiti formalaşdıraraq, öz maraqlarını həyata keçirməyə çalışan İran, Azərbaycanın həyata keçirdiyi mövcud siyasəti qəbul etmək istəmir.

“Terror hadisəsi Azərbaycanın, xüsusilə vətən müharibəsindən sonra ortaya qoyduğu reallıqların doğurduğu nəticədir. Bu terror hadisəsi, Azərbaycanın əldə etdiyi böyük qələbə və bu qələbə ilə barışmaq istəməyən, bunu həzm etməyən cinayətkar molla rejiminin sivil qaydada mübarizə apara bilməməsindən irəli gəlir. İranın hazırki molla rejiminin formalaşdırdığı terrorist dövlət bunu özünün rəsmi səviyyədə mübarizə vasitəsinə çevirib və rəsmən elan da etmişdi.Belə bir "dövlət"dən təbii ki, başqa bir davranış da gözləmək mümkün deyil".

Politolqoun fikrincə, Qoşulmama Hərakatı “Asiyada birgə hərəkət və etimad mühiti işçi qrupu” müşavirəsi çərçivəsində Azərbaycan səfirliyinə qarşı təşkil olunan terrorun pislənməsi və terrorçuların tapılıb cəzalandırlması ilə bağlı öhdəliyin qəbul edilməsinə qarşı kampaniya təşkil etməsi, İranla eyni mahiyyətə sahib olan Suriya və Hindistandan dəstək alınması dünyanın diqqətini çəkməlidir.İran terrorizmi dəstəkləyən və mübarizə alətinə çevirən dövlətlərin köməyi ilə çirkin fəaliyyətini davam etdirmək iddiasında olduğunu göstərir.

A. Əliyev qeyd edib ki, İranın bu davranışları onun baş verənlərə üzrhaqlıq etmək və bundan sonra sivil qaydalar, beynalxalq hüquq çərçivəsində fəaliyyət göstərməyə fikri olmadığını açıq bəyan edir.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »