Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ATƏT-in Minsk qrupu bərpa edilirmi?
ATƏT-in Minsk qrupu bərpa edilirmi?

“Tarixən Ermənistan digər böyük dövlətlərin yedəyində inkişaf etməyə cəhd edib. Ordusunun tərkibində sərhədlərini digər ölkənin hərbiçiləri qoruyur. Müharibə dövründə də bir çox ölkələrə onların yerinə vuruşmaq, onların müdafiə edilməsi üçün mesajlar göndərdilər. Bu Ermənistanın tarix boyu yeritdiyi siyasətdir. Lakin Azərbaycanla bunun heç bir əlaqəsi yoxdur”.

Bu barədə bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Vüqar İskəndərov danışıb. "Hazırda işğaldan azad edilən ərazilərdə bərpa, quruculuq, abadlıq işləri sürətlə aparılır. Biz həmin bölgələrimizdə böyük qlobal işlər görürük. Hərbi və siyasi məsələlərə baxsaq, Azərbaycan Ermənistana 5 baza prinsipi təqdim edib. Ermənistan da bunu qəbul etməklə bölgəyə daimi dayanıqlı sülhü gətirə bilərdi. Lakin son zamanlar Ermənistan siyasətində biz bunu görmürük. Əksinə bu və ya digər formada Ermənistan sülh prossesini pozmağa, danışıqların dalana dirənməsinə çalışır.

Vüqar İskəndərov Vüqar İskəndərov

Ermənistanın Avropa İttifaqının yeni missiyasını tələb etməsi bir müddət öncə Praqada görüşlərdə danışılmışdı. Cənab prezidentin də qeyd etdiyi kimi, onların Azərbaycana gəlişinə ölkəmiz razılıq vermədi. Amma indi bu missiyanın Ermənistana gəlməsi ATƏT -in Minsk qrupunun başqa formada dirilməsinə bir cəhddir".

Deputat bildirib ki, bunların heç biri Azərbaycanın bugünki siyasətinə təsir göstərə bilməz. Bu yalnız Ermənistanın öz daxili işi kimi qeyd edilməlidir. “Azərbaycan müstəqil siyasət həyata keçirir və digər ölkələrin missiyasına, nümayəndələrinə ehtiyac duyulmur. Bu gün Azərbaycan özünün milli maraqları çərçivəsində xarici siyasət aparır. Ermənistan da doğru, dürüst siyasət aparmağa çalışsa, qısa vaxt ərzində sülh müqaviləsinin imzalanması da baş tuta bilər. Əks halda Azərbaycan öz getdiyi yola sadiqdir və sürətlə inkişaf edir. Bu belə də davam edəcək. Ermənistan isə öz yarıtmaz siyasəti ilə ölkəsini dalana dirəyir. Bütün bu neqativ siyasətdə uduzan tərəf Ermənistan olacaq”,- deyə V. İskəndərov vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »