Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fransa yenə tərəf olduğunu sübut edir
Fransa yenə tərəf olduğunu sübut edir

“Fransa orada yaşayan əhalinin hüquqlaırna hörmət etməklə, Dağlıq Qarabağda dəhliz boyu nəqliyyatın və təchizatların qeyd-şərtsiz bərpa edilməsinə çağırır”.

Bu barədə Fransanın Azərbaycandakı səfirliyinin Tvitter səhifəsində deyilir. Həmçinin qeyd edilib ki, Fransa Ermənistan və Azərbaycan arasında dialoq üçün şərait yaradılması səylərinə töhfə verməyə davam edəcək.

Qeyd edək ki, Fransa, Brüssel görüşlərində də, təktərəfli, ermənipərəst mövqe sərgiləyib. Eyni zamanda noyabrın 15 -də Fransa senatı Azərbaycan əleyhinə qətnamə qəbul edib, sənəddə Azərbaycan işğalçı ölkə kimi qeyd edilib. Qətnamə ilə Ermənistanın silahlandırılmasına çağırış edilib. Qısacası, yəqin Fransa səfirliyi töhfə deyəndə bu dəfə də Azərbaycan əleyhinə hansısa bir qərarın çıxarılacağını nəzərdə tutub.

Çünki Fransa bu günə qədər nə Azərbaycanın yanında ola biləcək və yaxud hər iki ölkənin hüquqlarını müdafiə edəcək bir qərar çıxarıb, bir qətnamə qəbul edib, nə də bir bəyanat verib. Gördüyünüz kimi yazılan açıqlamada belə Qarabağ iqtisadi rayonu “Dağlıq Qarabağ” kimi ifadə edilib. Əslində bu Fransa kimi riyakar siyasət aparan bir ölkədən gözlənilən çağırışdır.

Turab Rzayev Turab Rzayev

Politoloq Turab Rzayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, biz hər zaman Fransadan birtərəfli mövqe görmüşük. “Yenə də hadisələr elə təbliğ edilir ki, sanki Qarabağda Rusiya sülhməramlı kontingentinin nəzarətində olan ərazilərdə yaşayan ermənilərin hüquqları pozulub. Güya Azərbaycan yolu bağlayıb və onlara maneə törədir. Yenə də ənənəvi olaraq, ermənilərin məzlum olması yalanı ortaya atılır. Halbuki hadisələr tamamilə fərqlidir.

Azərbaycanlılar sadəcə öz ərazilərində monitorinq keçirmək istəyirlər. Bunun qarşısını kəsən, yolu bağlayan Rusiya sülhməramlılarıdır. Ancaq bununla bağlı heç bir açıqlama verilmir”-deyən politoloq bildirir ki, bütün çağırışlarda orada olan ermənilərin hüquqları, yolun açılması vurğulanır.

Bu bəyanatda da biz Azərbaycanın təbii resurslarının talanması, bununla bağlı monitorinq təşkilatına monitorinqə icazə verilməsi, Azərbaycan meşələrinin qırılması, landşaftının dağıdılması, faydalı qazıntıların, mis, gümüş, qızılın, filizlərinin qanunsuz çıxarılması, axar suların çirkləndirilməsi və başqa terrorçuluqlarla bağlı bir cümlə görmürük. Çağırışda həmin dəhlizdən hərbi yüklərin daşınması, təxribatçıların-terrorçuların Azərbaycan ərazilərinə soxulması, raketlərin, piyada əleyhinə minaların daşınması və Azərbaycan Respublikasının icazəsi olmadan xarici vətəndaşların(İran, Fransa Gürcüstan) torpaqlsrımıza daxil olması ilə də bağlı da heç bir fikrə yer verilməyib. Açıqlamada sadəcə olaraq Azərbaycan tərəfi ittiham olunur.

“Burada ermənilərin hüquqları pozulur, biz bunu pisləyirik və yolun açılmasını istəyirik”-deyə bıtan edilir. Bu o deməkdir ki, sanki “Laçın yolunu Azərbaycan bağlayıb və Fransa da buna qarşı çıxır. Əslində biz Fransadan fərqli bir mövqe də gözləmirdik”-deyən politoloq bildirir ki, Fransa ən azından məsələyə ədalətli yanaşa və hər iki tərəfin mövqeyini ortaya qoya və ya universal, hər iki tərəfi qane edəcək, ortaq həll planı verə bilərdi. Amma biz yenə birmənalı, Anti-Azərbaycan, ermənipərəst bir mövqe müşahidə etdik.

P.S. Fransanın, Kanadının, Estoniyanın və bu kimi ölkələrin birtərəfli çağırışları əslində bir daha sübut edir ki, dünya ölkələri 30 il Azərbaycan həqiqətlərinə göz yumub. 30 il beynəlxalq mühitdə haqq aramaq, 30 il problemləri, işğalı, faciələrimizi tanıtmağa boşuna çalışmışıq.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »