Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şair Çərkəz Məcidin vəfatından 35 il sonra yeni şeir kitabı çapdan çıxıb
Şair Çərkəz Məcidin vəfatından 35 il sonra yeni şeir kitabı çapdan çıxıb

Azərbaycanın azadlığı və istiqlaliyyəti uğrunda mübarizə aparmış şair Çərkəz Məcidin vəfatından 35 il sonra yeni şeir kitabı çapdan çıxıb.

“Ürəyim bir məktub yazmaq istəyir” adlı kitabda şairin indiyə qədər çap olunmamış şeirləri öz əksini tapıb.

Bir neçə ay müddətində şairin arxiv əl yazmalarından istifadə edərək ərsəyə gətirilmiş kitabın ön sözü, Meydan hərəkatının liderlərindən, dəyərli millətvəkilimiz, xalq şairi Sabir Rüstəmxanlı tərəfindən yazılmışdır.

İlkin olaraq, 500 tirajla çap olunacaq şeir kitabı, oxuculara pulsuz paylanacaqdır.

Həmçinin, Azərbaycan Yazıçılar Birliyinin idarə heyətinin üzvü, şair Elşad Baratın da Çərkəz Məcidinin həyat və yaradıcılığından bəhs edən "İkinci Ömür" adlı kitabı da eyni vaxtda nəşrə olunmuşdur.

Çərkəz Məcidinin həyat və yaradıcılığından bəhs edən "İkinci Ömür" adlı kitabı - şair Elşad Barat

Hər iki kitabın təqdimatı, Beynəlxalq Türk Müəllifləri Birliyinin təşkilatçılığı ilə keçiriləcək III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında baş tutacaq.

25-28 may arası, Elmlər parkındakı festivala gələrək, Bizim Media stendində imzalı kitabları ala bilərsiniz.

Festivalda, türksoylu ölkələrdən tanınmış alimlərin, qələm adamlarının, naşirlərin dəvət edildiyi festivalda şeir saatları, müzakirələr, kitab təqdimatları, elmi konfranslar, konsret proqramları ilə yanaşı görkəmli ədbilərin yubileyləri də qeyd ediləcək.

Cəbrayılın tanınmış ziyalılarından biri olan Çərkəz Məcid, 1937-ci ilin payızında Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində ruhani ailəsində anadan olmuşdur.

Burada kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fılologiya fakültəsində təhsilini davam etdirmişdir.

Əmək fəaliyyətinə Böyük Mərcanlı kəndində müəllim kimi başlamışdır. Bədii yaradıcılığa erkən başlasa da, 60-cı illərdən dövri mətbuatda öz şeirləri ilə çıxış etmişdir.

Onun poeziyasında uşaq şeirləri başlıca yer tutur: "Ağ çiçəklər" (1973), "İşıq telləri" (1984) şeir topluları bu cəhətdən diqqəti cəlb edir.

Doğma yurda bağlılıq, vətən sevgisi, təbiətin əsrarəngiz gözəlliklərinə məhəbbət, ülvi təmizliyə, saflığa və doğruluğa çağırış onun doğma mövzuları olmuşdur. Yeri gəldikcə, özbaşınalığı, haqsızlığı və yaramaz halları satira atəşinə tutub ifşa etməkdən çəkinməmişdir.

1989-cı ilin 6 yanvarında müəllimlərin Cəbrayıl rayonunda keçirilən müşavirəsində, kommunist partiyasının tərəfdarları ilə gərgin keçən dialoq zamanı, tribunada çıxış edərkən beyininə qan sızıb və 3 gün sonra xəstəxanada vəfat etmişdir.

Çərkəz Məcid, jurnalist Əli Çərkəzoğlunun, ilahiyyatçı Əkbər Məcidovun atası, jurnalist və siyasi fəal Elnur Məcidlinin əmisidir.

Son xəbərlər
Bütün xəbərlər »